Yuxarı

“Allahın tarixi”nin müəllifi ilk dəfə Bakıda ...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Allahın tarixi”nin müəllifi ilk dəfə Bakıda ...

Məşhur britaniyalı alim, tanınmış dinlər tarixçisi, ilahiyyatçı və filosof Karen Armstronqun ona dünya şöhrəti qazandıran əsərlərindən biri ilk dəfə olaraq Azərbaycanda dilində nəşr olunub.

Kult.az xəbər verir ki, TEAS Press Nəşriyyat evi tərəfindən tərcümə edilərək nəfis tərtibatda çap olunmuş “Mifin qısa tarixi” kitabında miflərin paleolit dövründən müasir dövrə qədər məruz qaldığı dəyişikliklər tədqiq edilir.

“İnsanlar həmişə miflər yaradıblar” deyən müəllif insanların miflərə həmişə ehtiyac duyduğunu, ancaq əkinçilik, ovçuluq və şəhərsalma kimi böyük dəyişikliklər zamanı mifləri gözdən keçirib yenidən şərh etdiklərini göstərir.

“Miflərə hazırkı yadlaşmamızın tarixdə analoqunun olmadığını” düşünən Karen Armstronq “mythos” ilə “logos”un düşmən qütblərə ayrılması nəticəsində XX əsrin dağıdıcı miflərinə meydan verildiyini yazır. Mifin bir sənət növü olduğunu vurğulayan müəllif dünyanı şər miflərdən qorumaq üçün sənət adamlarının gətirəcəyi təzə nəfəsə ehtiyacın olduğunu qeyd edir.

Bu əsər mifik təfəkkürün tarixi inkişafının xülasəsi olmaqla bərabər, “logos” və “mythos” tərəfdarlarının antaqonist münasibətləri bir kənara atıb qarşılıqlı anlaşma zəminində dialoq qurması istiqamətində təşəbbüs də sayıla bilər.

“Allahın tarixi” adlı məşhur əsəri ilə bütün dünyada tanınan və görkəmli mütəxəssis kimi qəbul edilən Karen Armstronq “Mifin qısa tarixi” kitabında mifin tarixdən əvvəlki dövrdən günümüzə qədərki inkişafını özünəməxsus konkretliklə tədqiq edir. Mifin tarixi insanlığın, bizim hekayələrimizin və inanclarımızın, maraq hissimizin və dünyanı dərk etmək cəhdimizin tarixidir, mif bizi əcdadlarımıza və bir-birimizə bağlayır, kainata məna verməyimizə kömək edir. Karen Armstronq oxucunu paleolit dövrü ovçularının miflərindən son 500 ildəki “Böyük Qərb transformasiyası”na və mifin elm tərəfindən diskreditasiya edilməsinə qədər keçən dövr boyunca səyahətə çıxarır.

Kitab 7 bölümdən ibarətdir. Oxucular bu əsərdə “mif nədir”; “paleolit dövründə ovçuların, neolit dövründə əkinçilərin mifologiyası necə olub”; “ilk sivilizasiyalarda mifik dünyagörüşü nədən ibarət idi”, “Böyük Qərb transformasiyası nə deməkdir” və s. bu kimi suallara tarixi-fəlsəfi aspektlərdən əsaslandırılmış cavablar tapa biləcəklər.

Müəllifin çoxillik araşdırmalarının məhsulu olan kitab tarixçi-alimlər, dinşünaslar, sosioloq və filosoflar, habelə dinlərin tarixi ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulub.

Tarix
2017.12.19 / 22:10
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla