Yuxarı

Mərhum jurnalistin kitabı hazırlanır

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mərhum jurnalistin kitabı hazırlanır

Mərhum jurnalist Zabil Müqabiloğlunun kitabı dərc olunacaq.

Bu barədə jurnalistin bacısı Sevinc Əliyeva Kult.az-a məlumat verib.

“Bildiyiniz kimi Zabil Müqabiloğlu jurnalistika sahəsində öz sözünü demiş, tanınmış jurnalist idi. Zabil şeirlər və hekayələr yazırdı. Onun bir neçə şeir və hekayələri həyatı kimi yarımçıq qaldı. Digər tərəfdən, istədim ki, Zabilin bir çox yaxın jurnalist dostları onun haqqında maraqlı xatirələrini yazsınlar.

Zabil çox vətənpərvər insan idi və ən böyük arzulardan biri Qarabağa, doğma Zəngilana qayıtmaq idi. Təəssüf ki, ömür vəfa eləmədi. Onun ölümündən sonra bir oğlu qalıb. Buna görə Zabilin kitabının çıxması üçün çox çalışdım. İnşallah 2018-ci ilin fevral ayında kitab dərc olunacaq”, - mərhum jurnalistin bacısı deyib.

S.Əliyeva qeyd edib ki, kitabın çıxmasında ona bir neçə jurnalist dəstək olub:

“Kitaba Zabilin xarici səfirlərlə çəkdirdiyi, bir çox tədbirlərdən olan şəkillərini yerləşdirəcəyik. O cümlədən kitabda onun şeir və hekayələri, yaxın dostlarının xatirə yazıları öz əksini tapacaq.

Zabilin kitabının çıxmasında mənə jurnalist dostları Həbibə Abdulla, Famil Cəfərli və Xalid Kazımlı dəstək olub. Hər birinə öz təşəkkürümü bildirirəm. Bu işdə xüsusilə də jurnalist Həbibə Abdullanın əziyyətləri oldu”.

Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin Jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatdadır. "525-ci qəzet", "Avropa", "Tərcüman", "Yeni Müsavat" qəzetlərində çalışıb.

Z.Müqabiloğlunun son iş yeri isə təsisçisi olduğu gunxeber.com saytı olub.

Uzun müddət qaraciyər xəstəliyindən əziyyət çəkən Z.Müqabiloğlu 2017-ci il fevralın 27-də vəfat edib.

Tarix
2017.12.25 / 15:24
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Xamenei ilə vida mərasiminə Bakıdan o gedəcək

Azərbaycan və Ermənistan şirkətləri müqavilə imzaladı: İnternet...

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi - Foto

Prezidentlərin geniş tərkibdə görüşü oldu - Foto

Prezidentlərin təkbətək görüşü oldu

Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi oldu - Foto

Sərdar Berdiməhəmmədov Azərbaycanda səfərdədir

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla