Yuxarı

Bənövşə qız, 16 yaşında qal, böyümə... - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bənövşə qız, 16 yaşında qal, böyümə... - Foto

Tanınmış şair Yafəs Türksəsin “Əllərimin sualı” kitabı nəşr olunub.

Bu barədə Kult.az-a şairin özü məlumat verib. O bildirib ki, kitabda daha çox son illərdə yazdığı şeirləri toplanıb.

“Əllərimin sualı”nı “Kitabevim.az” mağazalar şəbəkəsindən əldə etmək olar.

Kitabdan “16 yaşında qal, bənövşə qız!” şeirini təqdim edirik:

Yaxşı ki, bir daha görmədim səni,

16 yaşında qal, bənövşə qız!

O vaxtdan bu yana nələr oldusa

Bilmək istəmədim, bil, bənövşə qız.

Nədən qönçə ikən dərdilər səni,

Nədən çağırmadın dadına məni?

Görən necə keçir gün-güzəranın,

Tez-tezmi salırsan yadına məni?

Cavabsız saxladım bu sualları...

Dedim, qoy bakirə qalsın duyğular.

Qorxdum ki, o gözlər itirə sehrin,

Qorxdum o gülüşlər itər, dağılar!

O yanda o qədər gözəl idin ki,

Keçirə bilmirəm bu yana səni.

Bağışla, səninlə maraqlanmadım,

Girmədim sonrakı dünyana sənin.

İlk dəfə üzümə gülüb qaçanda,

Bilməzdim sənin bu sevgi mesajın

Sonra için-için sökəcək məni,

Dolaşıq salacaq ömrün hesabın!

Ehh, hələ o bənövşə gözlər...

Bir mahnı deyərdin ee, “Ay bülbüllər”

Harada səslənsə indi o sözlər

Hisslərim qaynayar, duyğum inildər!

Əzabı da şirin, sehirli qalsın.

İstəmədim görəm bir daha səni,

Bu üzdən çıxmadım yolunun üstə,

Çəkmədim bu günə, sabaha səni...

Elə o yaşdaymış dünyanın dadı,

Sevgidən getməkmiş bəlkə böyümək?!

O 16 yaşlar ayrı dünyaydı,

O 16 yaşda qal, ta böyümə!

Yaxşı ki, bir daha görmədim səni!

Tarix
2017.12.28 / 18:00
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla