Yuxarı

9 yaşlı Fatimənin kitabı ABŞ-da nəşr olundu - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
9 yaşlı Fatimənin kitabı ABŞ-da nəşr olundu - Foto

ABŞ-ın Şimali Karolina ştatının Qrinsboro şəhərində yaşayan azərbaycanlı 9 yaşlı Fatimə Əsgərin “Aya and Maya” (“Aya və Maya”) adlı kitabı nəşr olunub.

Bu barədə Kult.az-a tanınmış yazıçı, alim Ramiz Əsgər məlumat verib. O bildirib ki, 4-cü sinifdə oxuyan Fatimə hekayələr kitabında həssas uşaq qəlbini narahat edən məsələlər barədə söz açıb:

“Fatimə Əsgərin kitabının çap olunmasına Şimali Karolina universitetinin professoru olan atası Əli Əsgər kömək edib. O, məktəbə gedəndən və yazmağı öyrənəndən sonra bu hekayələrdən bir qismini kitab şəklində nəşr etməyi qərara alıb. Fatimənin 48 səhifəlik kitabında 12 hekayəsi toplanıb”.

Qeyd edək ki, 9 yaşlı Fatimə tanınmış alim, Bakı Dövlət Universiteti türkologiya kafedrasının müdiri Ramiz Əsgərin qardaşı qızıdır.

Tarix
2017.12.29 / 16:33
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla