Yuxarı

A mollalar, niyə məni döyürsünüz? – Mirzə Cəlil

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
A mollalar, niyə məni döyürsünüz? – Mirzə Cəlil

Bu gün Azərbaycanın görkəmli yazıçısı Cəlil Məmmədquluzadənin (1869-1932) anım günüdür.

Kult.az böyük yazımızın anım günündə “Niyə məni döyürsünüz?” məqaləsini təqdim edir.

A mollalar, niyə məni döyürsünüz? Olmaya məndən qorxursunuz? Olmaya qorxursunuz ki, əyilib camaatın qulağına bir neçə söz pıçıldayam, bir neçə mətləblərədn agah edəm? Olmaya qorxursunuz ki, məcmuənin vərəqlərini nökərlər samovar alışığı edə-edə və şəkillərini uşaqlar oynada-oynada axırda camaat gözünü açıb bəzi işlərdən xəbərdar ola? Olmaya siz başa düşürsünüz ki, bir məmləkətdə iki padşah və bir əsərdə iki molla ola bilməz: ya Molla Xəsrəddin, ya da Molla Nəsrəddin?

Heç eybi yoxdur, döyürsünüz döyünüz. Amma bunu da biliniz ki, ey mollalar ki, günlər dolanar, sular axar, zəmanə təzələnər və axırda yetim-yesir və keçəl-küçəl qardaşlarım dostu ilə düşmənini tanıyıb haman yoğun dəyənəkləri əlinizdən alar və başlar … dəxi dalısını demirəm.

Və bu da vaxt ola bilər ki, keçəl-küçəl, tumançaq və bambılı, bit və sirkəli qardaşlarım sizlə mənim təfavütümü başa düşələr. Hərçənd ki, siz də mollasınız və mən də mollayam və lakin bizim aramızda bir balaca fərq var.

Başağrısı da olur. Amma bu barədə bir neçə söz deməyi lazım görürəm.

Bizim təfavütümüz bir neçə qismdir:

Əvvələn, mən molla ola-ola müsəlman qardaşlarıma vəz edən vaxt deyirəm: bir Allaha sitayiş edin, bir də peyğəmbərlərə və imamlara itaət edin. Amma siz deyirsiniz: Allaha da sitayiş edin, peyğəmbərə də, imamlara da, mollalara da, dərhəmzad, əcinə, kəlilə, dimnə, şeytan, div, mərrix, sərrix, tərrix, amax, saşan, küflə qurdu, mığmığ, mozalan – bunların cümləsinə sitayiş edin.

İkinci, mən də mollayam, siz də molla. Amma mən müsəlman qardaşlarıma deyirəm: ey müsəlmanlar, gözünüzü açınız, mənə baxınız; amma siz mollalar deyirsiniz: gözünüzü yumunuz, mənə baxınız.

Üçüncüsü, mən bir müsəlman uşağı küçədə görəndə deyirəm: bala, burnunun fırtını sil. Və haman uşaq arxalığının qolu ilə başlayır burnunu silməyə. Amma siz mollalar haman uşağı görəndə deyirsiniz: “gədə, qırışmal, qaç atana de ki, vədə elədiyini bu gün göndərməsə, bir elə bəddua oxuram ki, yeridiyi yerdə daşa dönər”.

Dördüncü, mən də mollayam, siz də mollasınız. Amma bir balaca təfavütümüz budur ki, mən heç olmasa bir parça kağız üstünə bir neçə nağıl-nuğul yazıb ilan-qurbağa şəkli çəkirəm və paylayıram müsəlmanlara ki, oğul-uşaq şəkillərə baxıb gülsünlər və nökərlər kağızını alışıq edib, asanlıqla ocağı yandırsınlar. Amma siz mollalar deyirsiniz: uşaqların da canı cəhənnəmə, nökərlərin də.

Tarix
2018.01.04 / 12:49
Müəllif
Kult.az
Digər xəbərlər

Rixard Raşi Azərbaycana gəldi

Kılıç və Qrono sülh prosesini müzakirə etdi

Azərbaycanlı və erməni ekspertlər Londonda - Foto

Britaniya səfirinin diplomatik fəaliyyəti başa çatdı

Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla