Yuxarı

Romanlara vergi qoyulsun, canımız qurtarsın - Mİllət vəkili

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Romanlara vergi qoyulsun, canımız qurtarsın - Mİllət vəkili

Vergilər Nazirliyinin şairlərdən vergi verməyi tələb etmək təklifinə müsbət yanaşıram. Onsuz da vergi verilmiş şairlər öz vergilərinin haqqını gözəl əsərləri ilə Vergilər Nazirliyinə deyil, vergini verən mənbəyə ya sağlığında, ya da dünyasını dəyişəndən sonra qaytaracaqlar.

Kult.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa şairlərdən vergi tutulması haqda məsələyə münasibət bildirərkən sarkazmla söyləyib. O, bunun istedadsız şair və yazarların əsərlərindən xilas olmaq üçün bir vasitə olduğunu deyib:

"Burada vergisiz şairlərin vergi ödəməsindən söhbət gedir ki, bu da külli miqdarda dövlət büdcəsinə çatacaq vəsait deməkdir. Ancaq ümumi şəkildə "yazar" sözünü işlətmək daha doğru olardı. Deyək ki, yüzlərlə vergisiz şairdən canımız dincəldi, bəs bu vergisiz nasirlərlə necə baş edəcəyik? Dərd burasındadır ki, bu vergisiz yazarların çoxu hekayə də yazmır, qələmi götürən kimi roman yazır. Bu kitabların heç olmasa, çəkisinə vergi qoymaq lazımdır ki, adamlar romandan əl çəkib hekayəyə baş vursunlar.

Bunların içində dramaturqları da nəzərə almaq lazımdır. Vergisiz dramaturqun söz yığınını əzbərləməkdən təngə gələn aktyorların canını da bəlkə bu yürüdülən vergi siyasəti qurtara bilər".

Qeyd edək ki, Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov açıqlamasında şairlərin vergi ödəməli olduğunu deyib.

Tarix
2018.02.10 / 14:35
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla