Yuxarı

Bu sözlər sıradan çıxacaq – Dilçi alim

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir daha -iyyat, -iyyət və -iyyə şəkilçili sözlər haqda yazıram. Bu şəkilçilərlə düzələn sözlərin 80 faizindən çoxu şəkilçiləri ilə birlikdə işləkliyini itirib. Bir hissəsi işləkliyini tədricən itirməkdədir, bir hissəsi “öz şəkilçilərindən” imtina edərək, milli “-lıq4” şəkilçisinə qoşulur, bir hissəsi sinonim vahidlərlə əvəz olunur.

Kult.az xəbər verir ki, bu sözləri AMEA Dilçilik İnstitutunun elmi işçisi, tanınmış dilçi alim Şahlar Məmmədov qeyd edib. O bildirib ki, bu şəkilçilər dilin tələbinə uyğun olaraq tək y ilə tələffüz olunur və ola bilər, gələcəkdə həmin şəkilçilərlə düzələn sözlər işləkliyini tam itirsin:

“1. -iyyat, -iyyət, - iyyə şəkilçilərinin yerini tədricən -lıq 4 şəkilçisi tutacaq: safiyyət - saflıq, bəşəriyyət- insanlıq, fərdiyyət - fərdilik, qüdsiyyət - müqəddəslik, nisbiyyət - nisbilik, rəsmiyyət - rəsmilik, tabeiyyət - tabelik və s.

2. Bu şəkilçilər qoşulduğu söz kökləri ilə birlikdə arxaikləşir: cudiyyə, tüfuliyyət, məriyyət, tahiyyə, qəriyyə, mafiyyə, həqqaniyyət, bərbəriyyət və s.

3. Bu şəkilçili sözlərin az bir qismi öz varlığını qoruyacaq: ədəbiyyat, fəaliyyət, səhiyyə, hədiyyə və s.

4. Bu şəkilçili sözlər öz yerini tədricən sinonim vahidlərə, milli sözlərə verəcək: mövcudiyyət - varlıq, turiyyə - dağlıq, səmimiyyət - istiqanlılıq, lüzumiyyət - gərəklik, qüdsiyyət - qutsallıq, tərəqqiyyat - yüksəliş, qalxınma və s.

5. Tərkibində -iyyat,- iyyət və -iyyə şəkilçisi olan sözlərin bir [y] ilə tələffüzü nə qədər təbiidirsə, bu şəkilçilərin bir y ilə yazılışı da bir o qədər məntiqlidir. ədəbiyyat -ədəbiyat, hədiyyə -hədiyə, rəsmiyyət - rəsmiyət və s.

Nümunə üçün:

Ləgviyyat - boşboğazlıq

Cevriyyə - cəfa, zülm

Cəbriyyə - məcbur edilmiş

Cudiyyə - əliaçıq, səxavətli

Şəmsiyyə(t) - günəşə aid olan

Bəhriyyə - dənizə aid olan

Bəşəriyyət - insanlıq

Bədriyyə - 14 gecəlik ay

Tüfuliyyət - uşaqlıq dövrü

Səriyyət - Yeddiqardaş ulduz

Səmimiyyət - mehribanlılıq, istiqanlılıq

Hökmiyyə - hökmə aid olan

Tərəqqiyyat - inkişaf

Tabeiyyət - tabelik

Fərdiyyət- fərdilik

Şükriyyə - razılıq, təşəkkür

Qüdsiyyət - müəqəddəslik, təmizlik

Fəxriyyət - hörmət, şöhrət

Lüzumiyyət - lazımlıq

Müaviyyə - gömgöy

Məriyyət - gözlə görünən

Mərziyyət -xoşagələn

Mafiyyə - qiymətli su

Tahiyyə - aşpaz, xeyir-dua vermə

Turiyyə -dağlıq

Tibbiyyə - tibb

Qəziyyə - hadisə, əhvalat

Qəriyyə - istedad, şüur

Nisbiyyət - nisbilik

Nəzmiyyət - poeziya

Hürriyyət - azadlıq

Həqqaniyyət - ədalət, vicdan

Bərbəriyyət - vəhşilik, barbarlıq

Hərbiyyə - hərbi və əsgəri işlərə baxan dövlət idarəsi; hərbi”.

Tarix
2018.02.12 / 18:03
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla