Yuxarı

Rəsulzadə, Mirzə Cəlil haqda nadir məlumat... - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəsulzadə, Mirzə Cəlil haqda nadir məlumat... - Foto

Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhməd martın 3-də saat 16:00-dan 19:00-a kimi “AzərKitab”da imza günü keçirəcək.

Kult.az xəbər verir ki, müəllif 2016-2017-ci ilin ən çox satılan kitablarından olan “Mühacirlərin dönüşü” və “Fərqlilər” kitablarını oxucular üçün imzalayacaq.

“Fərqlilər” kitabında mühacirlərlə yanaşı Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərin həyatı haqqında unikal materiallar təqdim edilib. Əsərdə Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nadir fotoları və məktubu, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Cəlil Məhəmmədquluzadə, Üzeyir Hacıbəyli, Nuru paşa, Salman Mümtaz və digər görkəmli şəxsiyyətlərin həyatı haqqında maraqlı məlumatlar var.

“Mühacirlərin dönüşü” adlı kitabda isə Azərbaycan Cümhuriyyəti və mühacirəti tarixinə aid 50-yə yaxın yeni material, Məhəmməd Əmin Rəsulzadənin 4 nadir fotosu, 3 məktubu, imzalı kitabları, vizitkaları, portretinin təsviri yer alıb. Həmçinin bir çox yazar və şairin həyatına dair fotolar, məlumatlar ilk dəfə olaraq yayımlanıb.

Qeyd edək ki, araşdırmaçı, yazıçı Dilqəm Əhməd 4 ilə yaxındır Türkiyədə bu dövrə aid fotolar, sənədlər toplayır, mühacirlərin ailə üzvləri ilə əlaqələr qurur. Onun 4 illik araşdırması nəticəsində ərsəyə gələn “Fərqlilər” (2015) və “Mühacirlərin dönüşü” (2017) kitabları “Teas Press” Nəşriyyat Evi tərəfindən çap olunub.

Tarix
2018.02.28 / 13:02
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

Putin məktub yazdı, Köçəryan üsyana çağırdı

İlham Əliyevlə Paşinyan görüşdü - Video

Prezidentə təqdim olunan oyuncaqlar nədir? - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla