Yuxarı

Azərbaycan klassiklərinə yeni nəfəs verildi - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan klassiklərinə yeni nəfəs verildi - Foto

TEAS Press Nəşriyyat evinin “3 alma” əmtəə nişanı ilə nəşr olunan kitablar siyahısına yeni və ən dəyərli olan “Azərbaycan klassikləri” seriyası əlavə edilib.

Kult.az xəbər verir ki, bu seriyaya daxil olan kitablara Azərbaycanın ən görkəmli yazar və şairlərindən olan Nizami Gəncəvi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Rəşid bəy Əfəndizadə, Abdulla Şaiq, Abbas Səhhət, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Səməd Vurğun, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Əzizə Cəfərzadə, Xanimana Əlibəyli, Hikmət Ziya, Teymur Elçin, Tofiq Mahmud, Məmmədhüseyn Təhmasibin uşaqlar üçün yazdığı hekayələri, şeirləri, xatirələri daxildir.

“Azərbaycan klassikləri” seriyasına ölkəmizin ədiblərinin orta məktəb dərsliklərində adı çəkilən və ya ixtisarla tədris olunan əksər əsərləri daxildir.

Seriyanın kitabları yeni tərtibatda hazırlanıb. Peşəkar rəssamlar tərəfindən çəkilmiş illüstrasiyalar bu kitablara fərqli rəng qatır. Hələlik 20-yə yaxın müəllifin əsərlərini əhatə edən bu seriya yaxın zamanda işıq üzü görəcək.

TEAS Press Nəşriyyat evi “3 alma” əmtəə nişanı ilə azyaşlı uşaqlar, yeniyetmə və gənclər, eləcə də müəllim və valideynlər üçün bədii və elmi-kütləvi kitablar nəşr edir.

Nəşriyyatın məqsədi mütaliəni əyləncəli prosesə keçirmək, uşaqları maariflənməyə və kitab oxumağa həvəsləndirmək, hələ kiçik yaşlardan oxucu auditoriyası qazanmaqdır.

Tarix
2018.03.03 / 00:19
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla