Yuxarı

Göydən iki daş düşəcək... - “Şənbə oxusu”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Göydən iki daş düşəcək... - “Şənbə oxusu”

Kult.az gənc şair Vüqar Bayramovun şeirlərini “Şənbə oxusu” rubrikasında təqdim edir:

Biri sənin, biri mənim

Günah etmə, sağ var, sol var,

Günahların olar qənim.

Önümüzdə iki yol var,

Biri sənin, biri mənim.

Qismət budur, təki bölək,

Çəkdiyimiz yükü bölək.

Dərdimizi iki bölək,

Biri sənin, biri mənim.

Gündə bir az ömür gedir,

Hər şey Onun əlindədir.

Bilirsənmi ömür nədir?

Biri sənin, biri mənim.

Neçə bağlı qapımız var,

Özümüzdən sapımız var.

Hapımız var, gopumuz var,

Biri sənin, biri mənim.

Haqq danışan haqqdan çəkər,

Dolanammaz şəkər-şəkər.

Bölünmüşük ağa nökər,

Biri sənin, biri mənim.

Hər gələnə qurduq toru,

Önə qoyduq gözü koru.

Qatammırıq yağı-şoru,

Biri sənin, biri mənim.

Ömrümüzə qış düşəcək,

Gözümüzdən yaş düşəcək,

Göydən iki daş düşəcək,

Biri sənin, biri mənim!

Özümdən yazıram

Başqa yerə yozulmasın bu şeirim,

Həm canımdan, həm gözümdən yazıram.

Heç bir kəsin bostanında daşım yox,

Nə yazıram, mən özümdən yazıram.

Gücüm yoxdur çevrə çəkim, səth edim,

Boyum çatmır zirvələri fəth edim.

Nə etmişəm bir özümü mədh edim,

Nə səhvimdən, nə düzümdən yazıram.

Dilim gəlmir qanmazlara söz deyim,

Dilim gəlmir əyrilərə düz deyim,

Bəs nə qədər ürəyimə döz deyim,

Qaya kimi bu dözümdən yazıram!

Tarix
2018.03.04 / 01:50
Müəllif
Kult.az
Digər xəbərlər

Sərdar Berdiməhəmmədov Azərbaycanda səfərdədir

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla