Yuxarı

Cümhuriyyət dövrünə aid unikal faktlar… - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cümhuriyyət dövrünə aid unikal faktlar… - Foto

“Azərkitab - Kitab Təbliğatı Mərkəzi"ndə Azərbaycan mühacirət tarixinin tədqiqatçısı - publisist Dilqəm Əhmədin kitablarının imza günü keçirilib.

Kult.az xəbər verir ki, gənc müəllif Türkiyədə yaşadığı müddətdə Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) dövrünə aid nadir fotolar, arxiv sənədləri toplayıb. Mühacirlərin ailə üzvləri ilə əlaqələr quraraq onların şəxsi arxivlərində saxlanılan və bu günə kimi geniş ictimaiyyətə məlum olmayan sənədləri əldə etməyə müvəffəq olub. Tədqiqatçının 4 il ərzində topladığı materiallar “TEAS Press” Nəşriyyat Evi tərəfindən çap olunan “Fərqlilər” (2015) və “Mühacirlərin dönüşü” (2017) adı ilə çap olunub.

Müəllif bildirib ki, “Fərqlilər” kitabında mühacirlərlə yanaşı Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərin həyatı haqqında unikal materiallar təqdim edilib. Əsərdə Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nadir fotoları və məktubu, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, İsmayıl bəy Qutqaşınlı, Cəlil Məhəmmədquluzadə, Məhəmməd Səid Ordubadi, Əmin Abid Gültəkin, Üzeyir Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Nuru Paşa, Salman Mümtaz və digər görkəmli şəxsiyyətlərin həyatı haqqında maraqlı məlumatlar verilib.

Müəllifin “Mühacirlərin dönüşü” adlı ikinci kitabında Azərbaycan Cümhuriyyəti və mühacirəti tarixinə aid 50-yə yaxın yeni material təqdim edilib. Kitabda Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 4 yeni fotosu, 3 məktubu, imzalı kitabları, vizitkaları, portretinin təsviri yer alıb. Həmçinin bir çox yazarların və şairlərin həyatına dair fotoları və məlumatlar ilk dəfə olaraq yayımlanıb.

"Azərkitab - Kitab Təbliğatı Mərkəzi"nin layihə rəhbəri Mirisrafil Sabir Həsənov, Azərbaycan Respublikasının əməkdar rəssamı, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, jurnalist, teletənqidçi Qulu Məhərrəmli tədbirdə çıxış ediblər. Natiqlər Prezident İlham Əliyevin bu il yanvarın 10-da Nazirlər Kabinetinin iclasında 2018-ci ili ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini yüksək qiymətləndirdiklərini bildiriblər. Diqqətə çatdırılıb ki, dövlət başçısının bu tarixi qərarı dövlətçilik tariximizdə ən önəmli hadisələrdən biridir.

Tədbirdə Xalq Cümhuriyyətininnin qurucuları haqqında iştirakçılara məlumat verilib, tariximizin bu şanlı səhifəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tarix
2018.03.04 / 13:53
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycan və Belarus arasında məsləhətləşmələr aparıldı

Türk yazarın İlham Əliyev haqda yazdığı tərbiyəsiz yazı...

Ceyhun Bayramov Mirziyayevlə görüşdü

Bakı ilə barışıq və Əliyevin qətiyyəti… - Kalaçev

Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır

Bu rayonların icra başçısı yoxdur

Trampın Asiya turu: ABŞ bu ölkəni itirir

Britaniya ilə əməkdaşlıq planı imzalandı - Foto

İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?

Qabil, Tural, Məhəmməd Bakıya gətirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla