Yuxarı

Süleyman Rüstəm Cavid haqda nələr deyib? - İki fakt

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Süleyman Rüstəm Cavid haqda nələr deyib? -

Bu gün xalq şairi Süleyman Rüstəmin doğum günüdür.

Kult.az xatırladır ki, Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakının Novxanı kəndində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olub, sonra isə Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülüb.

Süleyman Rüstəm 1935-ci ildə Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv, 1938-də isə Azərbaycan SSRİ birinci çağırış Ali Sovetinə deputat seçilib.

Xalq şairi 1937-1938-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktoru olub.

O, xidmətlərinə görə üç dəfə Lenin ordeni, iki Qırmızı Əmək Bayrağı ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunub.

Xalq şairinin adı tez-tez repressiya olaylarında çəkilsə də, tədqiqatçılar buna dair əsaslı sübut ortaya qoya bilməyiblər. Hətta deyilənə görə, Azərbaycan Sovet Yazıçılar İttifaqı dramaturqlar seksiyasının müşavirəsində Süleyman Rüstəm çıxışı zamanı görkəmli Hüseyn Cavidi müdafiə edərək, “bu əclaflar Hüseyn Cavid kimi sənətkar bir dramaturqu səhnədən sıxışdırıb çıxarıblar”, deyib.

Şairin oğlu Azad Rüstəmzadə də bu məsələ ilə bağlı danışıb:

“Atam repressiya illərində Azdramın direktoru olub. Mərhum aktrisa Barat Şəkinskaya xatirələrində yazır ki, Süleyman Rüstəm o ağır illərdə neçə-neçə aktyoru repressiyadan xilas edib”.

Qeyd edək ki, xalq şairi Süleyman Rüstəm 1989-cu il iyunun 10-da Bakıda vəfat edib.

Tarix
2018.03.12 / 08:30
Müəllif
Aqşin
Digər xəbərlər

Rixard Raşi Azərbaycana gəldi

Kılıç və Qrono sülh prosesini müzakirə etdi

Azərbaycanlı və erməni ekspertlər Londonda - Foto

Britaniya səfirinin diplomatik fəaliyyəti başa çatdı

Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla