Yuxarı

Azərbaycan-Türkiyə arasında sənədlər üzə çıxdı - İlk dəfə

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan-Türkiyə arasında sənədlər üzə çıxdı - İlk dəfə

“TEAS PRESS” Nəşriyyat Evi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda iki sənədlər toplusu nəşr etdirib.

Kult.az xəbər verir ki, “Azərbaycan Cümhuriyyəti (1918-1920). Osmanlı arxiv sənədləri” adlanan sənədlər toplusunda Azərbaycan Cümhuriyyəti tarixi ilə bağlı mindən çox nadir sənəd yer alıb. Türkiyə Cümhuriyyəti Nazirlər Kabinetinin Osmanlı Arxivində mühafizə olunan bu sənədlər transkripsiya edilərək 219 adda qruplaşdırılıb və xülasələr yazılıb. Burada toplanan sənədlər Osmanlı dövləti ilə Azərbaycan Cümhuriyyəti arasındakı münasibətləri və dövrün bir sıra aktual problemlərini hərtərəfli nəzərdən keçirməyə imkan verir.

“Birinci Dünya müharibəsi və Azərbaycan (Osmanlı arxiv sənədləri)” adlı digər sənədlər toplusu isə Azərbaycanın I Dünya müharibəsi dövründəki vəziyyətini əks etdirir.

Hər iki topluda verilmiş sənədlərin böyük əksəriyyəti ilk dəfədir elmi dövriyyəyə gətirilir. Sözügedən sənədlər Azərbaycan tarixşünaslığında indiyədək məlum olmayan bir sıra problemləri araşdırmağa kömək edir. Tarix üzrə fəlsəfə doktorları Vasif Qafarov və Qiyas Şükürov nəşrə hazırladığı sənədlər toplusuna tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov geniş ön söz yazıb.

Bundan başqa, tanınmış amerikalı tədqiqatçı-jurnalist, Montana Universitetinin professoru Tomas Qoltzun müəllifi olduğu “Azərbaycan gündəliyi: Müharibənin yaraladığı neft zəngini keçmiş sovet cümhuriyyətində bir jurnalistin macəraları” adlı kitab da “TEAS PRESS” Nəşriyyat Evinin yeni nəşrlər siyahısına əlavə edilib. Türk dilinə tərcümə edilən kitabda Xocalı qətliamından, Dağlıq Qarabağ münaqişəsindən bəhs olunur.

Qeyd edək ki, T.Qoltz ötən əsrin 90-cı illərində Azərbaycana səfər edən ilk xarici jurnalistlərdən biridir.

Tarix
2018.04.16 / 18:02
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla