Yuxarı

Leyla Əliyeva Xan qızı Natəvan kimi... - Əkbər Həmidi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva Xan qızı Natəvan kimi... - Əkbər Həmidi

Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla xanım Əliyevanın “Dünya yuxutək əriyir...” divanı Tehranda fars dilində nəşr olunub.

Kult.az xəbər verir ki, divan “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin “Azərbaycan ədəbiyyatını dünyada tanıdaq!” devizi altında bir neçə ildir həyata keçirdiyi layihələr çərçivəsində Tehranın məşhur Mobini-Əndişə yayım evinin “Nevis” mətbəəsində nəfis tərtibatda farsdilli oxuculara təqdim edilib.

Leyla Əliyevanın nadir poetik yaradıcılıq üslubunu və duyğularını tərənnüm edən şeirlər fars dilinə görkəmli tərcüməçi-şair Əkbər Əlyar Həmidi və tanınmış şairə, yazıçı-publisist Süsən Nəvadə Rəzi tərəfindən tərcümə olunub.

“Dünya yuxutək əriyir...” divanının fars versiyasına yazdığı ön sözdə mütərcim Əkbər Əlyar Həmidi bunları qeyd edib:

“İftixarla deyə bilərəm ki, geniş ictimai-siyasi fəaliyyəti, elitar ailə mənsubiyyəti ilə tanınan şairə zəngin fəlsəfi baxışlarına, nadir yaradıcılıq dünyası və poeziya səltənəti ilə bizə Xan qızı xatın Xurşidbanu Natəvanı xatırladaraq oxucunu heyrətdə qoyur... Divanın farsdilli oxucular tərəfindən böyük maraqla qarşılanacağına sonsuz ümid bəsləyirik”.

Qeyd edək ki, “Dünya yuxutək əriyir...” divanı ilə tanış olmaq istəyən farsdilli oxucular kitabı Azərbaycanın və İranın əksər böyük kitabxanalarından və satış məntəqələrindən əldə edə bilərlər

Tarix
2018.04.19 / 14:54
Müəllif
Sona Abdullayeva
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla