Yuxarı

Bu, efirə hamam xalatı ilə çıxmaq deyil, Zaur!

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan hər an özünü düşünməyə, qorumağa proqramlaşdırılıb. Bu, istər planlı şəkildə, istərsə də refleks olaraq hər addımımızda təsdiqini tapır.

“Yaxşı və pis insan” anlayışına münasibətimiz belə “Günahı sübuta yetirilməyənəcən kimsə günahkar deyil” fikrindən o tərəfə adlamır.

Bu fikir özlüyündə insanı daim gizlənməyə, həqiqətdə olduğundan fərqli görünməyə çağırışdır. Demək, istədiyimiz qədər günah edib, cinayətkarlıqla məşğul olub, bütün bu əməlləri gizlədə bilsək, ən başda özümüzə yaxşı insan olduğumuz fikrini aşılamağa davam edə bilərik, hələ bu fikrə başqalarını da inandıra bilsək, nə əla!
Amma insan xisləti həm də elə yaradılıb ki, misalçün, qəfil beyni çönüb üstünə qışqıra bilər: “Bə vijdaaan?!”
İndi bütün gücümü toplayıb bərkdən qışqırmaq istərdim bu sədayla yerli televiziyaların qarşısıalınmaz sürətlə toplumu mənasızlıq uçurumuna sürükləməsinə.

Ancaq vəziyyət o qədər bərbad və təhlükəli həddə çatıb ki, qışqırmaq yetmir, adamın dili-damağı quruyur əvəzində.

Düşünsənizə, əvvəllər bu TV kanallarının qazanc yeri cəlbedici mənasızlıq peydahlamaq idisə, indi əllərini birbaşa cibimizə uzadıb son qəpiyimizə kimi çıxarırlar. Özü də bunu ən dəhşətli şəkildə - sağlam yaşam haqqımıza təcavüz edərək həyata keçirirlər.

Hamıya məlumdur Azərbaycan səhiyyəsinin nöqsanları. Adam son çarə olaraq belə güvənə bilmir həkimlərə. Halbuki vicdan hayqırışını ən çox dinləməli adamlar məhz həkimlər olmalı, çünki insan üçün ən vacib olan şey sağlamlıqdır. Təəssüf ki, həkimlərimiz hələ də vicdanın səsinə qulaq vermək, işlərindəki məsuliyyətin necə ağır olduğunun fərqinə varıb nöqsanları aradan qaldırmaq əvəzinə, daha fərqli yollar axtarışına çıxıb, qaz vurub qazan doldurmaqla məşğul olurlar. Bu yoldasa onlara ən böyük dəstəyi televiziya kanalları verir.

Məlum olduğu kimi, Bakıda 11 ünvana, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə baxış keçirilib və əməliyyat nəticəsində qanunsuz dərman preparatlarının satışının həyata keçirilməsində bəzi həkimlərin də birbaşa rol oynadığı üzə çıxıb.

Adı xüsusilə vurğulanan həkimlərdən biri isə ATV kanalında yayımlanan, aparıcısı Zaur Baxşəliyevin olduğu “BizimləSən” verilişində məşhurlaşan ginekoloq Natiq Məhərrəmovdur.

Məhz xalqın sevimlisinə çevrilən Zaur Baxşəliyevin öpüb qucaqladığı, bağrına basdığı, az qala, müqəddəs insan kimi təqdim etdiyi Natiq doktor cinayətkar şəbəkəylə razılıq əsasında, dərmanların sürətli satışını reallaşdırırmış.

Bu efirə hamam xalatıyla çıxmaq deyil ki, görməzdən gələsən, bu, birbaşa cibgirliyə ortaq olmaqdır, özü də insan həyatı üzərindən planlaşdırılmış cibgirliyə.

Təsəvvür etmək belə adamı dəhşətə gətirir, sən zəhmətlə, əziyyətlə çalışıb pul qazanacaqsan, bəlkə də bu pul ailənin ancaq qidalanmağına bəs edəcək. Qəfil həkimə yolun düşəcək, o da sənə ehtiyacından artıq sayda dərman yazacaq ki, əlbir olduğu cinayətkar şəbəkənin büdcəsini artırsın.

Və sən ona görə o fırıldaqçı həkimin qəbuluna düşmüş olacaqsan ki, sənin sevginlə bu həyatda özünə yer tapmış, sənin sevginlə hər gün izlədiyin televiziya ekranının məşhur simasına çevrilmiş birisi səni zərrə qədər də olsa sevmir, hətta pərdə arxasında düşdüyün bu axmaq vəziyyətə görə içdən-içə gülür.

Ona görə içdən-içə gülə bilir ki, o gülüşün əvəzinə bir səs susur və hayqırmır: “Bə vijdaaan?!”

Tarix
2018.05.02 / 09:07
Müəllif
Vəli Hüseyn
Digər xəbərlər

ABŞ-ın Zəngəzur planı - İrəvandan rəsmi cavab

Səfərov və Lalayev apellyasiya şikayəti verdi

Ekstrasensdən sevindirici proqnoz: 2027-ci ildə…

Bakı böyük oyuna girdi: Ərdoğan, Əliyev və Nikol birgə...

Azərbaycanla dostlaşmağın yolu... - Rusiyalı senator

Bakı-Moskva münasibətlərini bu ölkə korladı – Özər

Əliyev və Paşinyan Dubayda görüşə bilər

Qırğızıstan prezidenti Moskvadan Azərbaycana yola düşdü

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla