Yuxarı

Prezidentin rəhbərliyi altında 7 il ərzində… - Deputat

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin rəhbərliyi altında 7 il ərzində… - Deputat

Malayziya Milli Kitabxanasında Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun və Viktor Andriyanovun həmmüəllifləri olduqları “Görkəmli adamların həyatı. Bioqrafiya davam edir” silsiləsindən “İlham Əliyev” kitabının malay dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva tədbirdə Azərbaycanla bağlı geniş məruzə ilə çıxış edib. O, kitabın Azərbaycanın uğurları və nailiyyətləri ilə tanış olmaq üçün mühüm vasitə olduğunu diqqətə çatdırıb.

Deputat Milli Məclisin Malayziya parlamenti ilə əməkdaşlığı genişləndirmək istədiyini xüsusilə qeyd edib.

İki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğu bildirən millət vəkili, ölkə başçısının rəhbərliyi altında bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib:

“Azərbaycan prezidenti və xalqı Dağlıq Qarabağ problemi, Azərbaycanın ərazi bütövlüyü, işğal edilmiş torpaqlarımızın azad edilməsi istiqamətində Malayziyanın Azərbaycana dəstəyini hər zaman yüksək qiymətləndirir. İnanırıq ki, bu dəstək daha da artacaq. Malayziya ilə ölkəmiz arasında əməkdaşlığın genişlənməsi istiqamətində bir çox işlər görülsə də, hələ də bunun üçün böyük potensial var və biz inanırıq ki, prezident İlham Əliyevin rəhbərliyi altında qarşıdakı 7 il ərzində də bu istiqamətdə işlər daha da genişlənəcək. Azərbaycan bu gün Cənubi Qafqaz regionunun ən inkişaf etmiş ölkəsi olmaqla yanaşı, Qərblə Şərq arasında önəmli bir körpü rolunu oynayaraq, dünya səviyyəsində mədəniyyətlərarası dialoqa böyük töhfələr verir”.

Tarix
2018.05.07 / 16:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla