Yuxarı

Məktəblidən Aprel və Afrin şəhidlərinə - İthaf

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəblidən Aprel və Afrin şəhidlərinə - İthaf

Kult.az “Milli uşaq ədəbiyyatı” layihəsində Lerik rayonu, N. Maşıyev adına Şinəband kənd ümumi orta məktəbinin 8-ci sinif şagirdi Elcan Məmiyevin şeirlərini təqdim edir:

Yaz yağışı

Yağır yaz yağışı, torpaq islanır,
Sanki unutdurur, hər dərdi, qəmi.
Qəmli ürəyimdə dərd alovlanır,
Bu dərdin yağışdır könül həmdəmi.

Yenə açıq hava, yağan bu yağış,
Qəlbimə təskinlik hopduracaqdır.
Sanki düşən damcı bu ürəyimə,
Hər arzu-istəki dolduracaqdır.

Yağ ey yaz yağışı, yağ vətənimdə,
Qoy təravətlənsin Azərbaycanım.
Zəfər bayramına qovuşdur bizi,
Ağrıdan-acıdan sovuşsun canım.

Yağ ey yaz yağışı, doğma yerindir,
Yağ öz vətənimdə, istək sənindir,
Elcan vətən oğlu, vətən sənindir,
Sən də övladısan Azərbaycanın.

Şəhidlər

(Aprel və Afrin şəhidlərinə ithaf olunur)

Yadımdan çıxmayır sənin fəryadın,
Axirət məni çox sıxır, ay ana.
Sənin gözündən yaş yağış tək axır,
Mən daha torpağam, daşam, ay ana.

Dedim ki, ay ana, gedirəm əsgər.
Dedin ki, ey oğul, Vətən borcudur.
Dedim ki, ay ana, məni gözləmə,
Bəlkə də bir güllə qismətim oldu.

Bu Vətən çoxların sıxıb bağrına,
Məni də qoynuna aldı, ay ana.
Demə ki, bu oğlun dünyadan köçüb,
Şəhidlər ölməz heç, ölməz, ay ana.

Adımı tarixə qan ilə yazdım,
Vətənçün yaşayıb, yandım, ay ana.
Oxuyub azadlıq nəğmələrini,
Azadlıq himnini yazdım, ay ana.

Qəlbimdə vətənə sevgi yaşatdım,
Sabahlara işıq salıb, nur saçdım.
Millət üçün gələcəyə yol açdım,
Vətənçün şəhid oldum, məni qınama.

Şəhidlik mətnlik, dönməzlik yolu,
Şəhidlik zirvədir, ölməzlik yolu.
Şəhidlik əbədi azadlıq yolu,
Şəhidlər ölməz heç, ölməz, ay ana.

Tarix
2018.05.14 / 01:38
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla