Yuxarı

Nadir materiallar Gəncədə sərgiləndi - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nadir materiallar Gəncədə sərgiləndi - Foto

Gəncədə tədqiqatçı-jurnalist Dilqəm Əhmədin “Fərqlilər” və “Mühacirlərin dönüşü” kitablarının təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, mərasimdə həmçinin müəllifin Azərbaycan Cümhuriyyəti və mühacirət tarixi ilə bağlı uzun illər ərzində apardığı araşdırmalar zamanı topladığı orijinal materiallar, nadir fotoşəkillər və sənədlər sərgilənib.

Tədbirdə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğu, Azərbaycan Yazıçılar Birliyinin Gəncə şöbəsinin, Cümhuriyyət muzeyinin əməkdaşları, şəhər ictimaiyyəti, ali məktəblərin müəllim və tələbə heyəti , KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan LİBRAFF kitab mağazaları şəbəkəsinin piar və marketinq direktoru Ülviyyə Allahverdiyeva bu il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümü olduğunu, bu münasibətlə də tədbirlər planı hazırlandığını bildirib. İlboyu AXC ilə bağlı tədbirlərin davam edəcəyini söyləyən Ü.Allahverdiyeva ilk tədbirin məhz Gəncədə keçirilməsinin tarixi əhəmiyyəti olduğunu bildirib:

“Çünki Gəncə Cümhuriyyətimizin ilk paytaxtı olub, biz də bu məqsədlə ilk tədbirimizi burada keçirməyi qərara aldıq”.

Daha sonra Dilqəm Əhməd Cümhuriyyət tarixi və topladığı materiallar haqqında oxuculara ətraflı məlumat verib.

“Mən bu materialları Türkiyənin İstanbul şəhərindən əldə etmişəm. Kolleksiyamızda cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin 5 fotoşəkli, 3 məktubu, imzalı kitabı, eləcə də Əlimərdan bəy Topçubaşova, Miryaqub Mirmehdiyevə, Abbasqulu Kazımzadəyə, Mirzəbala Məhəmmədzadəyə, Əhməd bəy Ağaoğluna aid orijinal fotoşəkillər, müxtəlif materiallar var. Bu materiallar hazırda üç kitab şəklində oxuculara təqdim edilib”.

Qeyd edək ki, tədbir LİBRAFF kitab mağazasının təşkilatçılığı ilə keçirilib.

Tarix
2018.05.21 / 11:52
Müəllif
Kult.az
Digər xəbərlər

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

Putin məktub yazdı, Köçəryan üsyana çağırdı

İlham Əliyev Tokayevlə görüşdü - Foto

İlham Əliyevlə Paşinyan görüşdü - Video

Prezidentə təqdim olunan oyuncaqlar nədir? - Foto

Ermənistan heç özü Qarabağı müdafiə etmədi - Cabarov

Prezident Karla Kanqaluya məktub ünvanladı

İlham Əliyev Japarovu təbrik etdi

İlham Əliyev Şimali Kipr prezidentinə başsağlığı verdi

Zakir Həsənov Türkiyədə səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla