Yuxarı

Prezident Qəşəm Nəcəfzadəyə fəxri ad verdi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Qəşəm Nəcəfzadəyə fəxri ad verdi

Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Kult.az xəbər verir ki, fəxri ad alanların arasında tanınmış yazıçı Qəşəm Nəcəfzadə də var.

Prezidentin sərəncamına əsasən, Q.Nəcəfzadə “Əməkdar mədəniyyət işçisi” adına layiq görülüb.

Qeyd edək ki, Qəşəm Nəcəfzadə 1959-cu il aprel ayının 1-də İmişli rayonunun Əliqulular kəndində anadan olub. 1976-cı ildə İmişli rayon Əliqulular kənd orta məktəbini, 1981-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsini bitirib.

Uzun illər orta məktəb və universitetlərdə ali kateqoriyalı ədəbiyyat müəllimi işləyib. Hazırda Təfəkkür Universitetində baş müəllimdir.

Azərbaycan Yazıçılar Birliyinin "Azərbaycan" jurnalında poeziya söbəsinin müdiri, uşaq ədəbiyyatı seksiyasının rəhbəri, Azərbaycan Respublikası Milli Radio və Televiziya Şurasının ekspert şurasının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Tarix
2018.05.27 / 15:31
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla