Yuxarı

Sabirin ağrılı ölümü: O, son anlarında nə xahiş etmişdi?

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirin doğum günüdür.

Kult.az xatırladır ki, o, 1862-ci il mayın 30-unda Şamaxıda anadan olub. Sabir 12 yaşına qədər mədrəsədə oxuyub, daha sonra isə məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbdə təhsil alıb. Mütəmadi olaraq dərgilərdə şeirləri, tərcümələri işıq üzü görüb.

O, “Molla Nəsrəddin” jurnalının ən fəal müəlliflərindən idi. Şairin “Fəhlə”, “Əkinçi”, “Oxutmuram, əl çəkin”, “Nə işim var” və yüzlərlə bu qəbildən şeirləri indi də dillər əzbəridir.

M.Ə.Sabir təkcə sözü yox, öz xalqını da nəzmə çəkməyə çalışan sənətkar idi. Onunla eyni dövrdə yaşamış və son günlərində yanında olmuş ədəbiyyatşünas, “Nicat” Maarif Cəmiyyəti idarəsinin katibi Hacı İbrahim Qasımov görkəmli şairimiz haqqında xatirəsində yazır:

Sabir ilə son görüşüm

İllərlə bir yerdə çalışdığım zavallı Sabirin ümidsiz bir halda Bakıya gəldiyini, “İslamiyyə” mehmanxanasına düşdüyünü eşitdim, möhtərəm şairin ziyarətini özümə borc bilib yanına getdim.

Sabir evdə çarpayının üstündə əyləşib meyvə yeyirdi. Mən onu bu halda görüncə pərişan oldum. Sabir o qədər dəyişmiş, arıqlamış və saralmışdı ki, onu təsvir etmək çətindir. Bir neçə dəqiqə danışmağa qüdrətim olmadı. Gözümün yaşını güclə saxladım ki, Sabir şəkkə düşməsin. O, mənə yer göstərdi, əhvalımı soruşdu. Razılıq etdim və dedim:

- Sabir, müsaidənizlə sizə bir təklifim vardır.

- Söylə.

- Sizin, şübhəsiz, maddi vəziyyətiniz ağırdır. Əgər icazə versəydiniz, nəşr etməkdə olduğum “Məlumat” qəzetində sizin nəfinizə bir ianə siyahısı açardım.

Sabir gülümsündü. Fəqət bu gülüş sevinc gülüşü deyildi. Bu, olduqca dərin və ağır bir gülüş idi. Dərin bir qüssə içində dedi:

- Hacı! Siyahı açmağa qətiyyən mücadilə etmərəm. Onsuz da mən son günlərimi keçirirəm. Yalnız qəzetdə yazarsan: Sabir deyirdi ki, mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım. Fəqət nə çarə, ölüm aman verməyir.

Onunla bu görüşüm son görüş oldu. İyulun 12-də Abbas Səhhətdən belə bir teleqram aldım: “Sabir vəfat etdi”.

Qeyd edək ki, Mirzə Ələkbər Sabir 1911-ci il iyulun 12-də, 49 yaşında vəfat edib və Şamaxıda Yeddi Günbəz qəbiristanlığında dəfn olunub.

Onun xatirəsinə hörmət əlaməti olaraq 1912-ci ildə arvadı Büllurnisə xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə şeirləri “Hophopnamə” adı ilə kitab halında nəşr olunub.

Tarix
2018.05.30 / 14:00
Müəllif
Vəli Hüseyn
Digər xəbərlər

Aeroportda gömrük yoxlamaları: İnsanlar nədən narazıdır?

Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi

Moskvadan Bakıya uçmalı olan təyyarə 1 sutkadır gözləyir - Video

Əliyev imtina etdi, Putinin vəziyyəti dəyişmək cəhdi...

Bu gün Bakıda İsrail və Türkiyə rəsmiləri danışıqlar aparacaq

Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…

Fransadan Azərbaycana qarşı diplomatik hörmətsizlik

Fitso da Azərbaycan üzərindən Moskvaya uçacaq?

Ermənistanla sərhəddəki pozuntularla bağlı məlumat

Sahibə Qafarova BƏƏ prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla