Yuxarı

“Türkçülüyün patriarxı” təqdim olundu

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Türkçülüyün patriarxı” təqdim olundu

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə nəşr edilən kitabların sırasına daha bir sanballı əsər daxil olub. “Türkçülüyün patriarxı: Əhməd bəy Ağaoğlu (1869-1939)” adlı kitab bu günlərdə “TEAS Press” Nəşriyyat Evi tərəfindən çapdan buraxılıb.

Kult.az xəbər verir ki, “Məşhurların həyatı” seriyasından çapa hazırlanan əsərdə türkçülük ideologiyasının banilərindən biri, müsəlman Şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan görkəmli Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən danışılır. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olan Əhməd bəy Ağaoğlu XX əsrin əvvəllərində Azərbaycan türklərinin milli oyanışında müstəsna xidmətlər göstərib.

Kitabın müəllifi Cümhuriyyət tarixinin araşdırıcısı, tarix elmləri doktoru Aydın Balayevdir. Müəllif qeyri-adi istedada malik bu şəxsiyyət barədəki bioqrafik məlumatların sadəcə sadalanması ilə kifayətlənməyərək, həmçinin geniş sənədli materiallara əsaslanaraq Əhməd bəy Ağaoğlunun ictimai-siyasi baxışlarının təkamülünü konkret zaman və məkan kontekstində izləməyə çalışıb. Əsəri oxuyarkən oxucunun qarşısında ecazkar istedada malik olan, xəyalpərəst, eyni zamanda üsyankar, əyilməz mübariz və mütəfəkkir bir şəxsiyyətin obrazı canlanır.

Tarix elmləri doktoru Aydın Balayev Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatçısı, Azərbaycan xalqının milli məfkurəsinin formalaşması məsələləri ilə bağlı bir neçə monoqrafiyanın müəllifidir. Onun bu mövzuya həsr olunan əsərləri Almaniya, ABŞ və Rusiyada işıq üzü görüb. Türkiyədə nəfis şəkildə çap edilən “Türkçülüyün patriarxı: Əhməd bəy Ağaoğlu (1869-1939)” kitabı rus dilindədir. Kitab tarixçilər, etnoloqlar, politoloqlar, eləcə də milli tariximizlə maraqlananlar üçün nəzərdə tutulub.

Tarix
2018.06.01 / 10:46
Müəllif
Kult.az
Digər xəbərlər

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla