Yuxarı

Müəllimdən tələbələrinə möhtəşəm dərs - “Həyat tüngü”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az güneyli yazar Fərrux Cəraidinin “Həyat tüngü” yazısını təqdim edir:

Ağır çantanı ikiəlli götürərək, pillələrlə yuxarı qalxdı. Üz-gözündən tər axırdı. Tər damlaları gözlüyünün arxasından sızıb, gözlərini incidirdi. Buna görə də çantanı yerə qoyub gözlüyünü çıxardı. Ağ salfetlə üz-gözünü sildi və bir az dincəldi. Sol ayağının ucu ilə otağın qapısını açıb içəri girdi. Tələbələrin hamısı müəllimə hörmət əlaməti olaraq ayağa qalxdılar.

Başını endirərək “oturun” dedi. Çantanı önündə olan masanın üzərinə qoyub, stuluna əyləşdi. Bir-iki dəfə dərindən nəfəs aldıqdan və bir az dincəldikdən sonra çantanı açdı. Çantanın içində olanları bir-bir masanın üstünə düzdü. Tələbələr gördüklərinə inana bilmirdilər: Üç böyük daş, bir neçə xırda daş, bir az da qum və şüşədən olan tüng (böyük kuzə). Üzünü tələbələrə sarı tutub, “Hamı baxsın” deyərək öncə qumları, sonra xırda daşları, sonda iri daşları tüngə qoymaq istədi. İri daşların ikisi yarımçıq bir formada tüngə yerləşsə də, biri bütünlüklə çöldə qaldı.

- Bunu gördünüzmü? - deyə bir cavab gözləmədən müəllim daşları boşaltmağa başladı. Şagirdlər birlikdə “gördük” deyə səsləndilər.

Tüngü bütünlüklə boşaltdıqdan sonra, əvvəlcə bir ovucdan bir qədər az qumu tüngün içinə töküb sonra iri daşlardan ikisini, habelə bir ovuc xırda daşlardan, sonra yenə bir az qum, bir az xırda daş, ən sonda iri daşla qalan xırda daşları, masa üzərinə dağılan qumları toplayıb tüngə tökdü.

Bu zaman əlində çox az qum qalmışdı. Başını qaldırıb xüsusi bir şəkildə burnunu çəkərək gözlüyünü çeçelə barmağı ilə azca yuxarı qaldırıb tələbələrinə:

- Nə baş verdiyini gördünüzmü? Nə tüng dəyişildi, nə daşlar azaldı. İlk cəhdimizdə yerdə qalan daş da tüngə yerləşdi. Bilirsiniz, həyatda kiçik-böyük məqsədlərimiz var. Bu irili-xırdalı daşlar kimi önəmli, həmçinin önəmsiz çoxlu xırda problemlər. Biz bunları dəyərləndirə, ya da dəyərləndirməyə bilərik.

Həyatımız bu tüng kimidir. Böyük məqsədlərimiz iri daşlar kimi, xırda məqsədlərimiz xırda daşlar kimidirsə, önümüzə çıxan problemlər, keçici sevinclərlə üzüntülər isə bu qum dənələri kimidir. Biz bu problemləri önəmsəyib başımızı xırda diləklərimizə qatsaq, önəmli böyük məqsədlərimizə çata bilmərik. Önümüzə çıxan problemlərin, sevincli, üzüntülü anların öhdəsindən gələrək, böyük məqsədlərə aparan yolları dözümlə, düşüncə ilə tapıb, istədiyimiz yerlərə çata bilsək, demək ki, xoşbəxt, uğurlu bir həyat yaşamış olarıq. Həyat tüngünüzü necə doldurmaq sizin öz əlinizdədir. Nələri önəmsəməliyik? Onu yaxşıca düşünün.

Tarix
2018.06.06 / 19:07
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla