Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Fevral 2019


Pul olan kimi adamlar fikirləşir ki... - Çingiz Abdullayev

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pul olan kimi adamlar fikirləşir ki, gedim şadlıq evi açım, elə Aqil Abbas da yaxınlaşıb dedi ki, restoranı açsan, daha çox gəlir əldə etmək olur. Təbiidir, xalqın gələcəyi üçün restoran da, bazar da lazımdır. Ancaq kitab mağazaları hamısından üstün olmalıdır.

Kult.az xəbər verir ki, bu sözləri xalq yazıçısı Çingiz Abdullayev "Libraff" kitab mağazasının açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, xalqın gələcəyi kitabdan asılıdır: “Siyasətimiz, iqtisadiyyatımız, ordumuz, elə Qarabağ məsələsi də bundan başlayır. Xalq inkişaf eləməsə, heç nəyə nail ola bilməyəcəyik. Mənə “Türklər kitab oxumur, azərbaycanlılar tacir xalqdır” deyəndə çox toxunurdu, mənsə deyirdim ki, xeyr, mən azərbaycanlıyam, türkəm, mən də, ətrafımdakı dostlar və uşaqlar da kitab oxuyur. Cənab Prezidentimiz 5 dildə sərbəst danışır: ingilis, fransız, rus, türk, Azərbaycan. Bəlkə biz də nümunə götürək, uşaqlarımız bu dilləri öyrənməyə istiqamətləndirək. Bu gün ingilis dilini bilməyən yaxşı alim olmayacaq. O biri dilləri bilməyənlər isə ümumiyyətlə internetdən istifadə edə bilməyəcək. Hər şey kitaba bağlıdır. Uşaqlıqda kitab oxumayan sonradan onu sevə bilmir. Mədəniyyət ocaqları nə qədər çox olacaqsa, xalqımız o qədər çox inkişaf edəcək”.

Çingiz Abdullayevin fikrincə, yazıçılar təvazökar ola bilməz: “Ona görə ki, hər bir yazıçı kitablarının oxunmasını istəyir. Azərbaycan yazıçılarının kitabları dünyada nə qədər çox satılsa, bizi o qədər çox tanıyacaqlar. Yazıçı xalqın ədəbiyyatda vəkilidir, onu təmsil edir. Əgər sən Azərbaycan yazıçısısansa, öz xalqını müdafiə etməlisən, sən etməsən kim müdafiə edəcək, erməni gəlib edəcək, yoxsa gürcü, rus?! Heç bir xalqın əleyhinə danışmıram. Bu xalqın yazıçısısansa, elə xalqın da tərəfində olmalısan”.

Tarix
2018.06.08 / 19:41
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bu gün vəfat edən gənc yazar: Ölürəm, dost, sonumdur...

Soyuq öpüş kimi itdi gəncliyim…

Mir Cəlalın oğlu Arifə hədiyyəsi – İlk dəfə yayılır

Evdən qaçan qız necə milyonçu oldu...

Musa Yaqubdan xəbər: iki şairin görüşündən maraqlı - Foto

"Sonuncu əsr"in qalibləri mükafat aldı - Foto

Araşdırmaçılar üçün unikal nəşr: XX əsrin ilk ana dili dərsliyi... - Foto

Azərbaycanlı şairlər beynəlxalq poeziya festivalında - Foto

Deputat bu dəfə Qovlarda Kitab Günü keçirdi – Foto

Alimlər oxu zalının açılışında - Foto

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla