Yuxarı

AXC haqda arxiv sənədlərinin yer aldığı kitab

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyun ayının 14-də Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığıyla filologiya elmləri üzrə fəlsəfə doktoru Elçin İbrahimovun "Azərbaycan Xalq Cümhuriyyəti: Dil Məsələləri" kitabının təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, əvvəlcə çıxış edən Bakı Yunus Əmrə İnstitutunun direktoru dosent Cihan Özdəmir kitab haqqında tədbir iştirakçılarına geniş məlumat verərək bildirib ki, AXC-nin 100 illiyi ilə bağlı rəhbərlik etdiyi İnstitut bir çox tədbirlər keçirib və bu tədbirlərin ilboyu keçirilməsi nəzərdə tutulub.

Daha sonra çıxış edən kitabın elmi redaktoru, akademik Kamal Abdullayev kitabın əhəmiyyətini qeyd edib:

“Azərbaycanda dil siyasətinin sistemli şəkildə yürüdülməsi məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründən başladı. Sonralar bu siyasi təntənə Azərbaycan xalqının iradəsini əks etdirən Ulu Öndər Heydər Əliyevin dil siyasətində özünü göstərəcəkdi və daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan dili və mədəniyyəti ilə bağlı həyata keçirdiyi sistemli proyektlərin bir-birinin içindən doğan taleyüklü məsələlərin reallaşmasında özünü müşayiş etdirdi.

Kitabda indiyə qədər Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı fikirlər, düşüncələr, onun apardığı dil siyasəti ilə bağlı təhlillər bir növ ümumiləşdirilir və Cümhuriyyət dövründə özünü göstərən dil sitiusiyası bütöv şəkildə təqdim edilir. Cəmiyyət və onun dili, parlament və onun dili - bunlar bir-birini tamamlasalar da, faktiki olaraq bir-birindən fərqli, hətta bəzən qarşıdurma səviyyəsində fərqli məsələlərə, məqamlara gətirib çıxarır. Maraqldır ki, hətta Azərbaycanın milli ruhla yaşamış dövlət xadimləri, parlament sədrləri, hökumət başçıları özləri də öz nitqlərində bir-birindən fərqlənə bilirlər. Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin və başqalarının dilinin bir-birindən fərqlənməsi onların aldığı təhsillə yanaşı, eyni zamanda, mənsub olduqları ictimai-siyasi dairələrin dilə münasibət özəllikləri ilə bağlıdır”.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, professorlar Adil Babayev, Solmaz Rüstəmova-Tohidi, "Hədəf" şirkətlər qrupunun direktoru dosent Şəmil Sadiq, Nehrəm Xeyriyyə Cəmiyyəti İctiami Birliyinin sədri Vahid Bayramov kitab haqda fikirlərini bölüşüblər.

Təqdimatın sonunda kitabın imza mərasimi keçirilib.

Tarix
2018.06.15 / 17:10
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Rusiya XİN-dən Paşinyanın müharibə iddiasına reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla