Yuxarı

Brejnevi açıq şəkildə tənqid edən azərbaycanlı şair

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə mərhum xalq şairi Hüseyn Arifin 94 yaşı tamam olub.

Kult.az xəbər verir ki, ədəbiyyatşünas, tənqidçi Zakir Məmməd xalq şairi haqda xatirəsində onun SSRİ-nin qurucusu Leninə yazdığı şeirlə bağlı maraqlı bir faktı açıqlayıb. Zakir Məmməd bildirib ki, Hüseyn Arif həmin şeirində o vaxtkı sovet rəhbəri L.Brejnevlə Lenin arasında müqayisə apararaq, birincini tənqid edir:

“Həmin şeirin bir bəndi belə idi:

Heç nəyi gizləmədi,
heç kimə bənzəmədi,
döşünü bəzəmədi,
döşlərə bəzək oldu.

Deməli, yaxasını orden-medallarla bəzəməyi sevən Brejnev təzəlikcə bir dəfə də (üçüncü, ya dördüncü) Sovet İttifaqı Qəhrəmanı olmuşdu. Səhv etmirəmsə, 82-ci il idi. Həmin günlərdə H.Arifin şeirləri “Azərbaycan” jurnalının yeni sayında ilk səhifədən çap olunmuşdu. Səhər-səhər onun iş yerində - Bəstəkarlar İttifaqı yerləşən binanın üçüncü mərtəbəsində şairlə görüşərkən ona çoxlu zənglər gəldiyinin şahidi oldum. Şairi təbrik edirdilər. Hüseyn Arif jurnalı mənə verib dedi ki, onu Leninə yazdığı şeirə görə təbrik edirlər. Kefi çox yuxarı idi. “Lenin” şeiri ilə açılan jurnalı hamı axtarırdı. Çünki gizli də olsa, 80-ci illərdə belə tənqidi fikirlərə həssaslıq vardı. Şeirdə açıq-açığına indiki rəhbərlər, birinci növbədə Leonid Brejnev Leninlə müqayisə olunur və Leninin Brejnev kimilərdən fərqli olaraq, yalan danışmamağı, şöhrətə mübtəla olmamağı vurğulanırdı. Brejnev, doğrudan da, tərifi çox sevirdi, orden, medal aludəçisinə çevrilmişdi. H.Arif də yazırdı ki, Lenin bunlar kimi döşündə medal gəzdirməyib, öz şəkli ilə döşləri bəzəyir. O zamanın ən yüksək ordeni “Lenin” ordeni idi...

Bəli, səhərin gözü açılmamış şairlər, yazıçılar ardı-arası kəsilmədən Hüseyn Arifə telefon açır, onu “təbrik edirdilər”. Sonuncu ifadəni dırnaqda yazdım. Düşünürəm ki, bəlkə də zəng edənlərin bir qismi olayı böyütmək, aləmə yaymaq, bilməyənləri də agah etmək, ya da şairin hələ tutulub-tutulmadığını öyrənmək istəyənlər olublar”.

Qeyd edək ki, xalq şairi Hüseyn Arif 1924-cü il iyunun 15-də anadan olub, 1992-ci il sentyabrın 14-də vəfat edib.

Tarix
2018.06.20 / 11:49
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla