Yuxarı

QANUN-dan yeni nə var?

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
QANUN-dan yeni nə var?

Qanun Nəşrlər Evində iki yeni kitab işıq üzü görüb.

Kult.az xəbər verir ki, bunlardan biri ölkəmizdə “Korluq” kitabı ilə sevilən Saramaqonun “İsanın incili” adlı kitabı, digəri isə hindistanlı mistik OSHOnun “Sirlər kitabı”dır.

Reallıq və mistikadan eyni anda həzz alın!

Qiymət: 11.99 azn

İsanın İncili – Joze Saramaqo

“İsanın İncili” hələlik ilk və yeganə əsərdir ki, Mark, Matfey, Luka və İoannın qələmindən çıxan kitablardan doğmur, onlarla paralel, yanaşı irəliləyir. Saramaqo öz oxucusuna əzbər bildiyimiz faktların növbəti təfsirini deyil, Tanrı Sözünün tarixçəsini minilliklərin ayrıcında Fələstində yaşamış və bu olayların bilavasitə iştirakçısı olmuş adam kimi təqdim edir; tamamilə müstəqil, heç bir mənbəyə ehkamçı münasibət bəsləmədən. Elə bu səbəbdən də yazıçının variantı kilsənin məqbul saydığı variantdan çox fərqlənir.

Yazıçının bu mövzuya müraciət etməsinin səbəbi elə İncilin özüdür. Bu müqəddəs kitab İsanın anadan olması ilə Tanrının rəsulu kimi tanınması arasında dərin və qaranlıq bir uçurum qoyur. Məhz bu uçurum Saramaqoda dünyaya adi insan kimi gəlmiş və ömrünün çox hissəsini adi insan kimi yaşamış kəsin insan mahiyyətini açmaq, insan həyatını araşdırmağa istək yaradır. Yazıçı təxəyyülü ateist dünyagörüşü ilə birləşib oxucunun gözləri qarşısında çox maraqlı mənzərələr açır.

Tərcüməçi: İlqar Əlfioğlu

Sevdiklərinizə verə biləcəyiniz ən yaxşı hədiyyə həyat sirlərinin gizli olduğu bu kitabdır!

Qiymət: 39.99 azn

Sirlər Kitabı – OSHO

Məşhur hind ilahiyyatçısı, dini lider və mistik Oshonun (Şri Racinişa Bahavana) iki hissədən ibarən “SİRLƏR KİTABI” müəllifin ömrünün axırlarında qələmə aldığı sonuncu əsəridir. Kitab bütövlükdə, qədim Viqyana Bhayrava Tantarın traktatında sadalanan 80 söhbətdən ibarətdir. Kitabda Radciniş Tanrıdan bəhs edir, GERÇƏYi görə bilməklə DÜNYAnı dərk etməyin yollarından söz açır.

Tərcümə: Nəzakət Ağayeva, Anzulə Əmirova

Tarix
2018.08.20 / 16:36
Müəllif
Kult.az
Digər xəbərlər

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla