Yuxarı

Mətbuat Şurasında türk şair və yazıçılarla - Görüş

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mətbuat Şurasında türk şair və yazıçılarla - Görüş

Avqustun 26-da Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib.

Bu barədə Kult.az-a Şuradan məlumat verilib.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycanın türk dövlətləri və toplumları ilə əlaqələri yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu prosesdə Azərbaycan dövlətinin rolu böyükdür. Ancaq ayrı-ayrı ictimai təşkilatlar da mövcud istiqamətdə kifayət qədər mühüm tədbirlər reallaşdırmaqdadır. Bu mənada Dünya Gənc Türk Yazarlar Birliyinin təşəbbüsü təqdirəlayiqdir.

“Hamınızı salamlayıram. Bu gün xüsusən burada bizimlə olan Rusiya Federasiyasının Saxa Respublikasının Xalq Şairi Natalya Xarlampyevanı salamlayıram. Natalya xanımla 2011-ci ildə Bakıda Türkdilli Xalqların və Toplumların II Forumunda görüşmüşdük. O zamandan da sıx təmaslarımız var. Güman edirəm ki, gələcəkdə qonaqlarımızın hər biri ilə faydalı təmaslarımız olacaq. Çünki türk xalqları və toplumları arasında əlaqələrin daim güclənməsinə ehtiyac var. Bu prosesdə şairlər, yazıçılar və jurnalistlər son dərəcə mühüm rol oynayırlar. Onlar qloballaşan dünyada türk varlığını aktual saxlayan peşə sahibləri, ziyalılardır”, - deyə Ə.Amaşov vurğulayıb.

Görüşdə Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Saxa (Yakutiya) Respublikasının Yazıçılar Birliyinin sədri, Rusiya Yazıçılar Birliyinin katibi, Saxa Prezidentinin keçmiş müşaviri, Xalq Şairi Natalya Xarlampyeva ilə yanaşı, Türkiyədən Kocaeli bələdiyyəsinin xalqla ilişkilər, basın, informasiya müdiri, Kocaeli Şairlər və Yazarlar Birliyinin qurucusu Alptəkin Cevhərli, Kayseri mərkəzli ANASAN (Anadolu Sənətçilər, Şairlər, Ozanlar, Elm adamları Birliyi) başqanı, tanınmış ədib Sabit İncə, Qazaxıstan Yazıçılar Birliyinin üzvü Janar Aylaş, Qırğız Respublikası Yazıçılar Birliyi nəzdindəki “Nur Borbor” gənc yazarlar qurumunun başqan müavini Akjol Doranbekuli, Özbəkistanın Gənc Yaradıcılar Birliyinin eksperti, türkoloq Şahina İbrahim, Təbrizdən gənc yazar, tədqiqatçı, “Sancaq” qəzetinin əməkdaşı Ümid Nəccar və başqaları iştirak ediblər.

Mətbuat Şurasının İdarə Heyətinin üzvləri - “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov və başqaları çıxışlarında türk dünyasının konsolidasiyası ilə bağlı görülən işlərin vacibliyini əsaslandırıblar. Görüşdə bu mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı Əkbər Qoşalı Birliyin layihəsi çərçivəsində görülən işlər barədə məlumat verərək bildirib ki, qonaqlar ölkəmizdə səfərləri çərçivəsində kifayət qədər məhsuldar görüşlər keçiriblər. Sabah isə onlar “Türk dünyasının vətəndaş cəmiyyəti institutlarının inkişaf modelləri” adlı konfransda iştirak edəcəklər.

Tarix
2018.08.26 / 19:39
Müəllif
Kult.az
Digər xəbərlər

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla