Yuxarı

Qanundan yeni nə var?

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qanundan yeni nə var?

Qanun Nəşrlər Evində dörd yeni kitab işıq üzü görüb.

Ən mükəmmə 15 distopiyadan biri!

Yeni Cəsur Dünya – Oldos Haksli

Hakslinin «Yeni cəsur dünya» əsəri utopik gələcəyə satirik baxış nümunəsidir. Satirik əsər hesab oluna biləcək bu romanda insanlar genetik çoxalma ilə nəsil artırır. Burda kastalara ayrılma doğumdan əvvəl baş verir. İnsanların yetiş­dirilməsi ilə inkubatoriya məşğul olur. Təhsil pro­se­sində insanlara öz kastalarına məhəbbət, yüksək kastalara hörmət, aşağı kastalara isə laqeydlik aşılanır.

Tərcüməçi: Rəfiqə Məmmədova

İlin Ən Yaxşı Kitabı!

İncognito – Beynin Gizli Həyatı – David Eagleman

Tanınmış nevroloq D.İqlmenin 20-dən çox dilə tərcümə edilən və indidən klassik əsərə çevrilən bu kitabı beynin sirli dünyasına təcrübələr, elmi biliklər və tarixi faktlar işığında səyahət edir. Kitab tibbi mövzuda olsa da, müəllif yazarlıq məharətini və zəngin biliyini birləşdirərək elmi faktları sadə və müqayisəli dillə oxucularına təqdim edir. Müəllif əsər boyu sədaqət geni, qumarbazlara çevrilən parkinson xəstələri, gen-mühit əlaqəsi, “yaxşı” və “pis” gen, şüuraltı və qərarvermə mexanizmi, məsuliyyət anlayışı, beynin insan həyatında rolu kimi bir çox mövzulara toxunur. Alim bu mövzuların beyinlə əlaqəsini izah etməklə kifayətlənmir, beyinlə bağlı müxtəlif formullar və modellər irəli sürür. İnsan psixologiyası və davranışlarına neyron və gen prizmasından baxmağı öyrədir. Elmi-populyar dildə yazılmış bu kitab xüsusən müəllimlər, psixoloqlar, valideynlər, həkimlər üçün mühüm bilikləri ehtiva edir.

Tərcüməçi: İmanyar Quliyev

Nobel Mükafatçısı Steynbek Mini Klassikada!

Mirvari – Con Steynbek

Atası və babası kimi, bir vaxtlar İspaniya krallığı üçün böyük sərvətlər qazandıran Kino artıq özünün, Yuananın və körpə oğlunun gündəlik dolanışığını təmin etmək üçün körfəz sahillərində mirvari toplayan yoxsul bir dalğıcdı. Bir gün Kino dənizdən yumurta boyda, “Ay kimi mükəmməl” bir mirvari tapdı. Bu mirvari ona ümid, rahatlıq və təhlükəsizlik vəd edirdi...

Meksika xalq nağılına əsaslanan klassik və sadə bir hekayə – “Mirvari” insan təbiətinin sirlərini, şərin ən qaranlıq dərinliklərini və məhəbbətin işıqlı yollarını araşdırır.

Tərcüməçi: Manaf Süleymanov

Tabukkinin özünəməxsus zəkasından!

Yuxuların Yuxusu – Antonio Tabukki

Antonio Tabukkinin “Yuxuların yuxusu” əsəri öz quruluşuna və təhkiyəsinə görə müəllifin fərqli yaradıcılıq uğurudur. Əsər yazıçıya dünya şöhrəti gətirmiş “Pereyra iddia edir. Şahid ifadələri”, həmçinin “Damaşeno Monteyronun itmiş başı”, “Porto Pimdən olan qadın”, “Hind noktürnü”, “Fernandu Pesoanın son üç günü”, nəhayət, “İzabel üçün. Bir mandala” və digər yazıları ilə bir sırada özünəməxsus layiqli yer tutur. “Yuxuların yuxusu” orijinal süjetlərdən, təhlükəli olaylardan, ehtimal və fərziyyələrdən bəhs edən maraqlı sənət təcrübəsi, müasir bir yazıçının yaxın və uzaq keçmişdəki iyirmi böyük şəxsiyyətə olan ehtiraslı sayğılarının təzahürüdür.

Tərcüməçi: Cəmşid Cəmşidov

Tarix
2018.11.02 / 09:50
Müəllif
Kult.az
Digər xəbərlər

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

Rusiya Azərbaycanın təklifini dəstəklədi

Bu ölkə Ermənistanı daim silahlandıracaq

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

TDT baş katibi şeyxlə görüşdü

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla