Yuxarı

Azərbaycan kitabları beynəlxalq sərgidə - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan kitabları beynəlxalq sərgidə - Foto

Türkiyənin İstanbul şəhərində 37-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı olub. Sərgidə ölkəmiz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İstanbuldakı Baş Konsulluğumuzun dəstəyi ilə xüsusi stendlə təmsil olunur.

Kult.az xəbər verir ki, “Həyatı ədəbiyyatla əhatə edək” mövzusunda keçirilən builki sərgiyə xarici və yerli iştirakçılardan ibarət 800-dən çox təşkilat qatılıb. Kitab sərgisinin “Fəxri yazarı” Səlim İleridir.

Azərbaycan bölməsində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və yerli nəşriyyatlar tərəfindən çap olunmuş, Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını, musiqisini, memarlığını, multikultural dəyərlərini, dövlətçilik və tolerantlıq ənənələrini əks etdirən 350 adda çap məhsulu sərgilənir. Eyni zamanda, stenddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş kitablardan ibarət xüsusi guşə yaradılıb.

Bundan başqa, Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Zəngin Yayınçılıq” nəşriyyatı tərəfindən türk dilində çap edilən 36 adda kitab da ziyarətçilərə təqdim edilir.

Azərbaycan bölməsində, həmçinin “Kaspi nəşrləri” seriyasından olan dörd dildə kitablar sərgilənir. Sərgi çərçivəsində bölməmizdə Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən bir sıra birgə tədbirlər planlaşdırılıb.

Sərgi noyabrın 13-dək davam edəcək. Azərbaycan bölməsində nümayiş olunan kitabların əsas hissəsi sərginin sonunda ziyarətçilərə paylanılacaq.

Tarix
2018.11.12 / 11:20
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla