Yuxarı

72 ildir rayon sakinləri bu evdə kitab oxuyur - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul şəhərində İsayevlər ailəsinə məxsus şəxsi kitabxanadan istifadə edən oxucuların sayı ilbəil artır.

Azərtac xəbər verir ki, Hacıqabulda 50 ildən artıq ədəbiyyat müəllimi işləmiş mərhum Hüseyn İsayev bu kitabxananı 1946-cı ildə şəhərdəki fərdi yaşayış evinin bir hissəsində təşkil edib. 72 ildir ki, rayon sakinləri, ziyalılar, elm adamları, müəllimlər, tələbə və şagirdlər 11 min kitab və əlyazmanın saxlandığı bu kitabxanadan yararlanırlar.

Hüseyn İsayev 1999-cu ildə vəfat etdikdən sonra mərhumun övladları Məhəmməd və Hənifə atalarının bu xeyirxah işini davam etdirirlər.

Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məhəmməd İsayev atası ilə bağlı xatirələri yada salaraq deyib: “Atam ədəbiyyatı çox sevirdi, xüsusilə, klassik ədəbiyyata böyük maraq göstərirdi. Şəxsi kitabxana təşkil etmək də elə onun kitaba, şeirə, sənətə olan sonsuz məhəbbətindən yaranıb”.

Onun sözlərinə görə, atası bütün səfərlərdən qayıdanda evə çoxlu kitab gətirərmiş. Onun kitaba olan böyük marağını bilən dostları, şair və yazıçı tanışları, elm adamları öz kitablarını ona hədiyyə edərmiş.

Kitabxanada XIX əsrin əvvəllərindən bəri Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələrin şahidi olmuş “Murad xan”, “Kərbəlayi” təxəllüsü ilə yazılan şeirlərin müəllifi, əslən rayonun Nəvahi kəndindən olan satirik şair Mirzə Baxış Nadimin əlyazmasının o vaxtlar əl ilə çıxarılmış surətləri də var.

Burada, həmçinin XIX əsrdə Avropa və çar Rusiyasında işıq üzü görən nadir kitab nüsxələri də saxlanılır.

Dünyanın müxtəlif dillərində, müxtəlif əlifba ilə çap olunmuş kitablar bədii, texniki cəhətlərinə görə də bir-birindən fərqlənirlər.

Ötən illərdə olduğu kimi, bu gün də müxtəlif bölgələrdən və elm müəssisələrindən kitabxanaya müraciət edənlərin sayı çoxdur.

Məhəmməd və Hənifə İsayev qardaşları, ailənin digər üzvləri atadan qalma bu mədəni irsi qoruyub saxlayır və kitabların sayını ilbəil artırırlar.

Tarix
2019.01.02 / 13:50
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla