Yuxarı

Anarın “Söz dünyası” - Yeni kitab

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anarın “Söz dünyası” - Yeni kitab

Xalq yazıçısı Anarın yeni kitabı işıq üzü görüb. “Söz dünyası” adlı kitab nəşrə hazırlanmış beşcildliyin ilk cildidir.

Kult.az xəbər verir ki, beşcildliyə müəllifin müxtəlif illərdə yazdığı icmal məqalələr, portret-oçerklər, esselər, xatirələr daxildir. “Söz dünyası” beşcildliyinin I, II, III cildləri qədimlərdən bu günə qədər ədəbiyyat tariximizə, klassiklərə və çağdaşlara həsr olunmuş yazıları əhatə edir. IV və V cildlər “Musiqi dünyası”, “Rənglər dünyası”, “Daşlar dünyası”, “Teatr dünyası” və “Kino dünyası” adlı bölmələrdən ibarətdir.

Cildlərdə ədəbiyyatımızın və incəsənətimizin zənginliyindən, ayrı-ayrı görkəmli şəxsiyyətlərindən bəhs olunur. Beşcildliyə daxil edilən yazıların əksəriyyəti bir neçə il öncə rus dilində nəşr olunmuş və Heydər Əliyev mükafatına layiq görülmüş “Литература. Искусство. Культура Азербайджана” üçcildliyinə daxil idi. “ЛИК Азербайджана” üçcildliyi də, Azərbaycan dilində çıxan bu beşcildlik də ədəbiyyatımızın və incəsənətimizin böyük hamisi və qayğıkeşi ulu öndər Heydər Əliyevin işıqlı xatirəsinə ithaf olunur.

Ədəbiyyat və incəsənətin müxtəlif sahələrini və şəxsiyyətlərinin fəaliyyətini əks etdirən beşcildlik zəngin mədəni irsimizlə maraqlanan oxucular üçün, eləcə də gələcək nəsillər üçün faydalı məxəz olacaq.

Tarix
2019.01.15 / 11:54
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla