Yuxarı

Sənin üçün küçə-küçə darıxan qadın idim - Əfsanə Rəvan

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sənin üçün küçə-küçə darıxan qadın idim - Əfsanə Rəvan

Kult.az gənc şair Əfsanə Rəvanın şeirlərini təqdim edir:

Kiriyib xatirələr bir qadının dilində

Sükutuna qapanıb vahiməsi, qorxusu,
Kiriyib xatirələr bir qadının dilində.
Sanki ərşə çəkilib gözlərinin yuxusu,
Əsir qalıb ömürlük ayrılığın əlində.

Vədəsiz dən düşübdü sığalsız tellərinə,
Yıxılır yollarının boşluğunda o qadın.
Hər gün lənət yağdırır üşüyən əllərinə,
Bağışlamır qəlbinin daşlığını o qadın.

Gecələr xəyal qurub, gün ağlayır özünə,
Yuxular yastığını deşir səhərə kimi.
Ovuc-ovuc dualar göndərir göy üzünə,
Görən gəlib çatırmı, sizin şəhərə kimi.

Qayıdırsan, qayıt gəl, dəyişsin əhvalını,
Küçə-küçə uzaqlıq nə deməkdir bilirsən?
Bir gün çıxar qarşına soruşarsan halını.
“Sənsizəm” deyə bilməz utanarsan ölərsən.

Küçə-küçə darıxan qadın

Bircə dəfə baxışınla,

Dərdi-qəmi atırdım.
Gecələri kirpiyini,
Saya-saya yatırdım.

Elə getdin-
gözlərimdən
damla-damla süzüldün.
Baxdım pəncərə-pəncərə,
Qayıtmadın, üzüldüm.

İndi daha səni ev-ev,
Axtarmıram, gəzmirəm.
İndi daha qürurumu,
Addım-addım əzmirəm.

Bu şəhərin hər döngəsi,
hər dalanı şahidim.
Sənin üçün küçə-küçə,
Darıxan qadın idim...

Kirpiyindən asarsan

Təkliyinə sığındığın şəhərdə,
Bəsmi sənə minarələr, dənizlər?
Üşütməzmi soyuqluğum qəlbini,
Saçlarını küləklərmi əzizlər?

Hələ ölmə, məndən qaçıb gedənim,
Mənsiz ölmə, gözünü kim bağlayar?
Bir köynəklik həsrət yandırar səni,
Mən əvəzi buludlarımı ağlayar?

Mənim sevgim min duadan tutarlı,
Amma sən də, min ölüdən betərsən.
İndən belə yüz il keçsə öldüyüm,
Əmin ol ki, yüz ilimə yetərsən.

Bizim sevgi nağılının şəhəri,
Bir dənəydi,
küçələri biz qoxan.
Kirpiyində barmağımın izləri,
Əllərində yuxularım,
mən yoxam...

Gülqızının qoxusunu unutma,
ölən mənəm, göz yaşını qurutma,
Ay sevdiyim, gəlib məni görməsən,
Qurban olum səs eləmə, oyatma.

Bilirsənmi, səhərəcən yağışlar,
Pəncərəni daşlayacaq, açarsan.
Bu gecəni, bu səfərlik yola ver,
Səhər məni kirpiyindən asarsan.

Tarix
2019.01.21 / 17:21
Müəllif
Kult.az
Digər xəbərlər

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

Rusiya Azərbaycanın təklifini dəstəklədi

Bu ölkə Ermənistanı daim silahlandıracaq

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

TDT baş katibi şeyxlə görüşdü

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla