Yuxarı

Kardinini yuxusuz qoyan roman təkrar dərc edildi - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kardinini yuxusuz qoyan roman təkrar dərc edildi - Foto

Yazıçı, akademik Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanının ikinci nəşri işıq üzü görüb.

Kult.az xəbər verir ki, “Qanun” Nəşriyyatında çap olunan romana ön sözü professor Aydın Talıbzadə yazıb.

“Sehrbazlar dərəsi” romanını paytaxtdakı kitab mağazalarından əldə etmək olar.

Qeyd edək ki, ilk dəfə 2006-cı ildə nəşr olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub. Mistik əhvalatların baş verdiyi roman paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəylə bitən sirli görüşündən bəhs edir.

Kitabda italiyalı professor, məşhur şərqşünas alim Franko Kardininin, romanın fransız dilinə tərcüməçisi Daniyet Rottenberqin, rusiyalı alim Lyudmila Lavrovanın, rumıniyalı ədəbiyyatşünas Lüdmila Bejenarunun, professor Aydın Talıbzadənin “Sehrbazlar dərəsi” romanı haqqındakı yüksək fikirləri də yer alıb.

Professor Franko Kardini roman haqqında fikirlərini aşağıdakı şəkildə bildirib: “Nadir hallarda ola bilər mən hansısa kitaba görə yuxusuz qalım. Dostum və həmkarım Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı ilə də məhz belə oldu, bütün gecəni gözüaçıq keçirdim. Bu roman sanki bir meditasiya növüdür, bir ismarışdır, bəlkə də bir etirafdır”.

Daniyet Rotternberq isə qeyd edib ki, Kamal Abdulla “Sehrbazlar dərəsi”ndə çox mühüm mövzulara qədim tarixi bir fonda nəzər salır. Müəllif oxucunu füsunkar və təsirli tarixi məqamın içərisinə daxil edərək, hadisələri bir çox hallarda mayası poeziya ilə yoğurulmuş üslubla təqdim edir. Bu isə oxucunu əsərin sonuna qədər gərginlikdə və intizarda saxlayır.

Tarix
2019.01.24 / 12:38
Müəllif
Kult.az
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla