Yuxarı

113 gün düşməndən gizlənən kəlbəcərlilər necə sağ qaldı? - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçığı ilə tanınmış jurnalist Elxan Salahovun Qarabağ müharibəsinin dəhşətlərindən bəhs edən “Qanlı kaha” kitabının təqdimatı baş tutub.

Kult.az xəbər verir ki, təqdimat mərasimində Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, əməkdar jurnalist Əlövsət Ağalarov, professor Qulu Məhərrəmli, həmçinin müəllifin qələm dostları, kitabda bəhs edilən hadisələrin birbaşa iştirakçısı və şahidləri iştirak edib.

Tədbiri giriş sözü ilə Aşıq Şəmşir İctimai Birliyinin sədr müavini Həbib Misirov açıb. Qonaqları salamlayan sədr müavini birliyin maarifləndirmə tədbirlərinin bir parçası olan bu mərasimin əhəmiyyətindən danışıb.

Daha sonra Elxan Salahov tədbir iştirakçılarına kitabın ideyası və bəhs edilən hadisələr haqqında məlumat verib:

“Tarixən Azərbaycan xalqının öz mənfur qonşuları tərəfindən başına gətirilən müsibətlər hər zaman qələmə alınıb, ictimailəşdirilib. “Qanlı kaha” kitabı da həmin hadisələrdən biri haqqındadır. 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilən erməni vandalizminin dəhşətlərini çılpaq şəkildə göstərən bir əsərdir. Qarabağ müharibəsi dövründə elə hadisələr olub ki, nəinki Azərbaycan ictimaiyyəti, heç həmin bölgənin insanları da həmin hadisələri tam təfsilatı ilə bilmir. Başlıbel kəndi Kəlbəcərin ən böyük və ən ucqar yaşayış məntəqələrindən biri idi. Rayonun işğalı zamanı kənd ucqar olduğuna görə sakinlərin ermənilərin Kəlbəcəri üzük qaşı kimi mühasirəyə almasından gec xəbər tutmuşdular.

Kənd əhalisi inana bilməyib ki, doğrudan da Kəlbəcər işğal oluna bilər. Çoxları bunun təxribat xarakterli məlumat olduğunu hesab edib. Ona görə də kimsə öz evini tərk edib getməyib. Aprel ayının 1-də kəndin ayağı yer tutan sakinləri dağ yolu ilə Kəlbəcərə doğru köç etməyə başlayıb. Lakin kənddən yaşlılar, uşaqlar, xəstələr və qadınlar çıxa bilməyib. Evlərində qalan insanlar ancaq aprelin 4-də erməni kəşfiyyatçılarının kəndə gəlişi ilə başa düşüblər ki, həqiqətən də Kəlbəcər işğal olunub. Həmin andan sonra sakinlərin bir qismi evlərini tərk etmək istəsə də, onlardan 10 nəfəri düşmən tərəfindən qətlə yetirilib, 5 nəfəri girov götürülüb, qalan 76 nəfər isə dağlara üz tutub. Sonda cəmi 62 nəfər qalıb. Həmin 62 nəfər də dağlarda kahalara sığınıb. Mən də məhz o insanların 100 gündən çox birlikdə yaşadığı zamanı qələmə almışam”.

Hadisələrdə birbaşa iştirakçı olmuş 9-cu batalyonun əsgəri Səlim Mehdiyev, kənd sakinlərinin sağ qalmasında böyük əməyi olmuş İsmət Əzizov Kəlbəcərin işğalı zamanı yaşanan dəhşətlərdən, mühasirədəki çətinliklərdən bəhs ediblər.

Daha sonra Sabir Rüstəmxanlı Qarabağ müharibəsi ilə bağlı xatirələrini bölüşüb və bu mövzuda müxtəlif təbliğat materiallarının ərsəyə gətirilməsinin əhəmiyyətini vurğulayıb:

“Mənim üçün nəinki Qarabağda bir güllə atan, hətta oradan başını sağ qurtara bilən insanlar da milli qəhrəmandır. İndi döyüşə bilməyən insanların hərəsi bir kitab yazmağa başlayıb. O kitablar bu gün var, sabah yoxdur. Amma “Qanlı kaha” bizim tariximizin zəruri və parlaq hadisələrindən biri olacaq. O insanlar çılpaq təbiətdə, çətin şəraitdə necə tab gətirə biliblərsə, bax bunu dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Mən Qarabağ müharibəsi zamanı Kəlbəcər camaatının bu mərdliyi kimi başqa bir hadisəyə rast gəlməmişəm. 100 gündən artıq təbiətin bir parçası kimi yaşamaq hər xalqın işi deyil. Bu, xalqımızın başının ucalığıdır. Hər kəs elə bilir ki, dövr bitdi, torpaqlar getdi. Amma elə deyil. Qarabağın ermənilərin əlində qalması bizim tarixi faciəmizdir. Mən Azərbaycanı Kəlbəcərsiz, Qarabağsız təsəvvür edə bilmirəm”.

Təqdimat mərasimi digər ziyalıların Qarabağ təəssüratları və kitab haqqında düşüncələrini əks etdirən çıxışları ilə davam edib.

Tarix
2019.01.25 / 16:23
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla