Yuxarı

Soyuq öpüş kimi itdi gəncliyim…

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Soyuq öpüş kimi itdi gəncliyim…

Bu gün Azərbaycanın görkəmli şairi, dramaturqu Əliağa Kürçaylının doğum günüdür.

O, 1928-ci il fevralın 20-də Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulub. Orta məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyaraq, Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlayıb.

Əliağa Kürçaylı “Azərbaycan gəncləri” qəzeti redaksiyasında şöbə müdiri, “Azərbaycan” jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi, “Literaturnıy Azerbaydjan” jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor vəzifələrində işləyib. Bir müddət Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik edib.

O, “Arifin bağçası”, “Salam, keçmiş günlərim”, “Nargindən əsən külək”, “Qəlbin sıxılsa əgər...”, “Durnalar cənuba uçur” və başqa kitabların müəllifidir.

Kürçaylı həmçinin tərcüməçi kimi də mühüm işlər görüb. Görkəmli rus şairi Sergey Yeseninin əksər əsərlərini məhz Ə.Kürçaylının tərcüməsindən oxumuşuq.

Qeyd edək ki, Əliağa Kürçaylı 1980-ci il fevralın 11-də vəfat edib.

Kult.az Əliağa Kürçaylının çox sevilən şeirlərini təqdim edir:

Xərclədim gəncliyi...

Xərclədim gəncliyi qara pul kimi

Yerini bilmədən, əsirgəmədən.

Vardan-yoxdan çıxan bir yoxsul kimi

Onu axtarıram, axtarıram mən.

Kefdəmi, nəşələr qucağındamı

Getdi o illərim, getdi gəncliyim?

Gözəl xanımların dodağındamı

Soyuq öpüş kimi itdi gəncliyim?!

Yadıma sən düşürsən

Hər çiçəyin öz ətri,

hər gülün öz rəngi var,

Hər qəlbin öz istəyi,

öz sözü, ahəngi var.

Hər insan öz ömrünə

dost seçir, həmdəm seçir.

Mənimsə ürəyimdən

qəmli bir nisgil keçir,

Yadıma sən düşürsən.

Göydə bulud dolaşır

axşam düşür, yel əsir,

Heç bilmirəm nədəndir

könlüm belə tələsir.

Yollarına baxıram,

nə gələn var, nə gedən.

Qəlbimdəki intizar

nədir, düşünürəm mən.

Yadıma sən düşürsən.

Təklik üz verir mənə,

çıxıram otağımdan,

Sevgililər küçədə

deyib-gülür mehriban...

Onları belə xoşbəxt

belə məsud görəndə

Duyğular dalğa kimi

çırpınır bu sinəmdə,

Yadıma sən düşürsən.

Tarix
2019.02.20 / 17:56
Müəllif
Aqşin
Digər xəbərlər

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla