Yuxarı

FHN Akademiyasında “Nəsimi 650” müsabiqəsi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN Akademiyasında “Nəsimi 650” müsabiqəsi

Martın 15-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Nəsimi 650” bədii qiraət müsabiqəsi keçirilib.

FHN-dən Kult.az-a bildiriblər ki, tədbirdə çıxış edən Akademiyanın rəisi, general-mayor Baba Salayev tədbirin əhəmiyyətindən ətraflı bəhs edib. Vurğulayıb ki, şəxsi heyət və kursantların asudə vaxtlarının səmərəli təşkili və onların hərtərəfli inkişafı məqsədilə “Nəsimi 650” bədii qiraət müsabiqəsinin keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Sonra müsabiqəyə start verilib. Müsabiqədə iştirak edən 9 kursant böyük Azərbaycan şairi İmadəddin Nəsiminin şeir və qəzəllərindən ibarət kompozisiyalar təqdim ediblər.

Sonda ilk üç yerin qalibi münsiflər heyəti tərəfindən mükafatlandırılıb, onlara fəxri fərman və qiymətli hədiyyələr verilib.

Xatırladaq ki, 2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixində bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.

Tarix
2019.03.15 / 20:33
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla