Yuxarı

Mirzə Cəlili aşağılayırlar – Akademik

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlil Məmmədquluzadə Azərbaycan xalqının milli oyanışı, dirçəlişi, inkişafı , müstəqilliyi və istiqlalı uğrunda canını fəda etməyə qədər mübarizə aparan çox görkəmli bir şəxsiyyətdir. O, Azərbaycan ədəbiyyatının dünyanın böyük klassikləri ilə yanaşı durmağa layiq olan şəxsiyyətidir. Cəlil Məmmədquluzadə azərbaycançılıq ideallarına əsərləri və şəxsiyyəti ilə xidmət edən yazıçıdır. Onun haqqında mətbuatda gedən yazıları xalqımızın söy-kökünə, Azərbaycanın görkəmli şəxsiyyətlərinə, böyük yazıçılarına qarşı kimlərinsə uydurduğu yanlış kampaniya hesab edirəm.

Kult.az xəbər verir ki, bu fikirləri Teleqraf.com-a AMEA-nın vitse-prezidenti, Milli Məclisin komitə sədri, akademik İsa Həbibbəyli son zamanlar böyük yazıçı Cəlil Məmmədquluzadə ilə bağlı müzakirələri şərh edərkən deyib.

Akademik təəssüflə qeyd edib ki, Azərbaycan ədəbiyyatının gənc nəsli işin fərqinə varmadan, şəxsiyyətin bütövlükdə xidmətlərini lazımınca qiymətləndirmədən, yaradıcılığının xarakterini bilmədən Mirzə Cəlil haqqında ədəbiyyatımıza və yazıçının özünə yaraşmayan sözlər deyir: “Mən bu müzakirələrdə iştirak etməyi özümə layiq bilmədim. Çünki o qədər aşağılayıcı sözlər ifadə edirlər ki, adam bu müzakirələrdə iştirakı mümkün saymır. Onlar guya iddia edirlər ki, Mirzə Cəlil xalqımızı aşağılayıb. Amma onlar Mirzə Cəlili, xalqımızın bu görkəmli şəxsiyyətini aşağılamaqla əslində xalqımıza münasibətdə yanlış mövqe ortaya qoyurlar. Düşünürəm ki, biz öz yazıçı və klassiklərimizin qədrini bilməliyik. Nəzərə almaq lazımdır ki, Cəlil Məmmədquluzadə tənqidi realizm ədəbi cəbhəsini təmsil edən, onu yaradan görkəmli şəxsiyyətdir. Qoqol, Mopassan, Çexov və digərləri də eyni istiqamətdə əsərlər yazan şəxsiyyətlərdir. Həmin xalqlar öz yazıçılarına heykəllər qoyur, onların adını əbədiləşdirir, bu yazıçıların nə demək istədiyinin daha dərindən fərqində olmağa çalışırlar. Biz isə tam tərsinə, hansısa ifadə və ya abzasdan tutub gedirik. Hərçənd ki, mənə görə tutduqları ifadə və fikri də doğru-dürüst qiymətləndirmədən Mirzə Cəlili aşağılayırlar. Hesab edirəm ki, bu, ədəbiyyatımıza, ictimai fikrimizə, görkəmli şəxsiyyətlərimizə qarşı zərərli kampaniyadır. Mən çox istədim ki, bizim potensialı olan gənclik, yaradıcı qüvvələr öz ədəbi keçmişimizə, klassiklərimizə qarşı yanlış mövqe tutmasın. İnanıram ki, bu, keçici dalğa olacaq. Mirzə Cəlilin Azərbaycan istiqlalına, ədəbiyyat tariximizə böyük xidmətlərinin danılmaz olduğunu sübut etməyə ehtiyac yoxdur”.

Tarix
2019.03.31 / 01:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla