Yuxarı

Notr-Dam yanğınından sonra ən çox satılan kitab

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Notr-Dam yanğınından sonra ən çox satılan kitab

Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının beş nəşri kilsədəki yanğından sonra aprelin 16-da “Amazon” platformasının Fransa seqmentində ən çox satılan 100 kitabdan biri olub.

Kult.az Azərtac-a istinadən xəbər verir ki, online-reteylerin saytında dərc olunan məlumata əsasən, həmin kitablar hazırda siyahıda 2-ci, 6-cı, 18-ci, 35-ci və 58-ci yerləri tutur. Həmçinin Notr-Dam kilsəsinin tarixi və memarlığı barədə bir neçə kitab da bestsellerlər sırasına düşüb.

“Paris Notr-Dam kilsəsi” romanı 1831-ci ildə dərc olunmuşdu. Bundan on il sonra kilsənin miqyaslı bərpasına başlanılmışdı. Böyük Fransa inqilabı zamanı zədələnmiş heykəltəraşlıq hissəsi təmir olunmuş, həmçinin binaya yeni mil qoyulmuşdu.

Xatırladaq ki, Parisin simvolu sayılan Notr-Dam kilsəsində yanğın aprelin 15-də yerli vaxtla saat 18:50-də (Bakı vaxtı ilə 20:50) başlayıb. Təqribən 9 saat davam edən yanğını yalnız aprelin 16-da səhərə yaxın söndürmək mümkün olub. Alovla mübarizədə 400-ə yaxın yanğınsöndürən iştirak edib.

Tarix
2019.04.16 / 18:46
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla