Yuxarı

Aprel döyüşləri qəhrəmanının həyatı roman oldu - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Kitab Mərkəzində yazıçı Şərif Ağayarın Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucovun həyat və fəaliyyətindən bəhs edən “Komandir” romanının təqdimat mərasimi baş tutub.

Kult.az xəbər verir ki, tədbirdə millət vəkilləri Aqil Abbas, Fazil Mustafa, Qənirə Paşayeva, şair Əjdər Ol, professor Qulu Məhərrəmli, jurnalistlər Qabil Abbasoğlu, İlham Tumas, Teleqraf Holdinqin rəhbəri Aynur Camal və bir çox tanınmış şəxslər, oxucular iştirak edib.

Şərif Ağayar tədbir iştirakçılarına kitaba olan maraqlarına görə təşəkkür edib. O, Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn roman haqqında qonaqlara məlumat verib:

“Arzu edirəm ki, Raquf Orucova layiq ölkə quraq. Bu roman Günəş haqqında şam yandırmağa bənzəyir. Raquf Orucov 25 ilini vətənin müdafiəsinə həsr edib. Bu 25 ili bir romanda qeyd etmək çətindir. Çalışdım ki, əsər arzuladığım səviyyədə olsun. Böyük qəhrəmanımızın ruhu şad olsun”.

Daha sonra Raquf Orucova həsr edilən film izlənib.

Millət vəkili Aqil Abbas Raquf Orucovun şəhid olduğu günü belə xatırlayıb:

“Hadisə günü oğlum ağlaya-ağlaya dedi ki, Raquf Orucov şəhid olub. Elə danışdı ki, heç Mehdi Hüseynzadə haqqında belə danışmazdı. O, çox qeyri-adi adam olub. Şərif Ağayara minnətdaram, belə romanları yazmaq çətindir. 25 illik həyatı bir romana sığışdırmaq asan məsələ deyil. Bəzən bir anı yazmaq bir ömür yazmaqdan daha ağırdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

AMEA Şərqşünaslıq İnstitutunun direktoru, akademik, millət vəkili Gövhər Baxşəliyeva da Raquf Orucovun qəhrəmanlığından danışıb və onun xatirəsinin yaşadılmasının önəmli olduğunu deyib.

Qənirə Paşayeva Rafiq Orucovu yaxından tanıdığını, onun çox qəribə, maraqlı, ürəyi vətənlə döyünən komandir olduğunu bildirib:

“Raquf Orucovun ömrü ön cəbhədə keçib, onun üçün ən önəmli şey torpaqları işğaldan azad edilmiş görmək idi. Raquf bəyin həyat yoldaşı Sevinc xanım buradadır. Ona təşəkkür edirəm”.

Kitabın redaktoru İlham Tumas bu əsərin çox dəyərli olduğunu və yaxşı bir film materialı ola biləcəyini qeyd edib.

Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.

Tarix
2019.04.19 / 18:17
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla