Yuxarı

Fazil Mustafanın yeni kitabları təqdim edildi - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fazil Mustafanın yeni kitabları təqdim edildi - Foto

Bu gün Böyük Qurtuluş Partiyasının başqanı, fəlsəfə doktoru, Milli Məclisin deputatı Fazil Mustafanın müəllifi olduğu 5 kitabın təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə deputatlar – Aqil Abbas, Musa Quliyev, Fəzail İbrahimli, Milli Məclisin digər üzvləri, Teleqraf Holdinqin rəhbəri Aynur Camalqızı, media eksperti Qulu Məhərrəmli, elm adamları, yazarlar, ayrı-ayrı media qurumlarının rəhbərləri və ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan media eksperti, professor Qulu Məhərrəmli Fazil Mustafanın müəllifi olduğu kitablar haqda məlumat verib. O, bu kitabların günümüzün düşüncəsini, həyatını özlərində əks etdirən sanballı, dəyərli materiallar olduğunu bildirib: “Fazil Mustafa bu kitablarda günümüzün abidəsini qoyub”.

Çıxış edən deputat Fəzail İbrahimli Fazil Mustafanın böyük düşüncə insanı olduğunu və bu kitabların onun sərrast düşüncəsinin məhsulu olduğunu diqqətə çatdırıb.

Çıxışçılar - Aqil Abbas, deputat Rəbiyət Aslanova da çıxış edərək müəllif və kitabları haqda öz fikirlərini bildiriblər.

Təqdim edilən “XX əsrin əvvəllərində Azərbaycanda siyasi düşüncə cərəyanları”, “Düşünürüksə varıq”, “Sağlam düşüncə alternativi”, “İslam qorxusu və müsəlman qorxusu” və “Doğru düşüncənin hikməti” adlı kitablarda müəllifin ötən əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş siyasi cərəyanlarla bağlı tədqiqatları, ictimai-siyasi həyatın müxtəlif məsələlərinə dair məqalələri, düşüncə üzərində fəlsəfi baxışları, islam dini haqda publisistik və elmi məqalələri yer alıb.

Tarix
2019.04.20 / 12:52
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla