Yuxarı

Paşayevadan xalq şairinin əsəri ilə bağlı təklif

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayevadan xalq şairinin əsəri ilə bağlı təklif

Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə Əhməd bəy Ağaoğlunun abidəsinin ucaldılması və onun haqqında filmin çəkilməsi təklifi ilə çıxış edib.

Kult.az xəbər verir ki, millət vəkili çıxışı zamanı Prezidentə böyük mütəfəkkirlərdən biri, ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamından dolayı təşəkkürünü bildirib. Q.Paşayeva Ə.Ağaoğlunun Azərbaycanın yetişdirdiyi böyük şəxsiyyətlərdən biri olduğunu, onun erməni daşnaklarının XX əsrin əvvəllərində dinc azərbaycanlılara qarşı törətdiyi qətliamlara qarşı mübarizədə "Difai" təşkilatını quraraq böyük rol oynadığını söyləyib:

“Əhməd bəy Ağaoğlunun əslən Şuşadan, Qarabağdan olduğunu nəzərə alaraq, Qarabağ bölgələrinin birində onun abidəsinin ucaldılması çox yaxşı olardı. Eyni zamanda onun haqqında film çəkilməsi də vacib məsələdir. Xalq şairimiz Sabir Rüstəmxanlı Əhməd bəy Ağaoğlunun həyatından bəhs edən "Difai fədailəri" adlı əsər yazıb və bu əsər əsasında filmin çəkilməsini təklif edirəm”.

Millət vəkili Q.Paşayeva müvafiq qurumları Ə.Ağaoğlunun abidəsinin ucaldılması və onun haqqında filmin çəkilməsi ilə bağlı təkliflərinin reallaşdırılması istiqamətində addımlar atmağa çağırıb.

Tarix
2019.04.23 / 14:24
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla