Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Avqust 2019


Qadın xəstəliklərini sağaldan bitkilər... - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ginekoloq-fitoterapevt Firəngiz Rüstəmovanın "Qadın xəstəliklərinin müalicəsində dərman bitkilərinin rolu" kitabının təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə millət vəkilləri Dilarə Cəbrayılova, Sona Əliyeva, YAP Qadınlar Şurasının idarə heyətinin üzvü Zərifə Quliyeva, əməkdar jurnalist Mətanət Ağamirli, tibb üzrə fəlsəfə doktoru Gülnarə Sübhanqızı, əməkdar həkim Arzu Məhərrəmova, AGAT sədri Nərgiz Xələf, tanınmış ictimaiyyət nümayəndələri və media mənsubları iştirak edib.

Müəllif F.Rüstəmova kitabı ərsəyə gətirməkdə əsas məqsədinin əhalini maarifləndirmək olduğunu bildirib:

"Ümumiyyətlə, biz hamımız bilirik ki, qədimdə xalq təbabəti, bitkilərlə müalicə geniş yayılıb və bu müalicə metodu 21-ci əsrə qədər gəlib çatıb. Görürük ki, bir çox xəstəliklərin dərman bitkisi ilə müalicəsi mümkün olduğu kimi, bəzi xəstəlikləri dərman bitkiləri ilə müalicə etmək doğru deyil. Ümumdünya Səhiyyə Təşkilatı da bu müalicə üsulu haqqında məlumat paylaşır və müalicəvi xarakterli bitkiləri fitopreparat adlandırır. Kitabı yazmaqda məqsədim bu bitkilərin müalicəvi əhəmiyyəti haqqında cəmiyyəti, xüsusilə də qadınları məlumatlandırmaqdır. Bu kitab vasitəsilə xanımlarımız ginekoloji əməliyyatlardan sonra hansı bitkilərdən istifadə edilməsi lazım olduğunu öyrənəcəklər".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova indiki zamanda tibb aləmində farmokologiyanın biznesə çevrildiyi üçün insanların dərmanlara şübhə ilə yanaşdığını bildirib. O, buna görə də təbabət elmində bitkilərin, otların orqanizm üçün düzgün istifadəsindən bəhs edən bu kitabın nəşrini yüksək qiymətləndirdiyini bildirib.

Millət vəkili Sona Əliyeva isə günümüzdə dərmanlardan düzgün istifadə məsələsinin çox aktual olduğunu söyləyib:

"Qloballaşan dünyada texnologiya və s. sahələrdəki inkişafın insan orqanizminə təsirləri çox böyükdür. Bu gün dünyada alternativ tibbə qayıdış mövcuddur. Koreyada, ABŞ-da, qonşu İranda alternativ tibbdən geniş şəkildə istifadə olunur. Azərbaycanda da yerli mal olaraq bitkilərdən istifadə halları artıb. Firəngiz xanımın bu əməyi alqışa layiqdir.

Bəzən rayonlarda qadınlara həkimə getməyə imkan vermirlər. Bu mənada bu kitab onların da çox köməyinə gəlir. Düşünürəm ki, bu, həqiqətən praktik kitabdır. Bu gün tibb sahəsində nəzəri kitablar geniş yayılıb, amma sırf sadə insanların başa düşəcəyi dildə yazılan belə kitabların sayı çox azdır".

Daha sonra xalq təbabəti üzrə terapevt Seyfəddin Əsəd və başqaları çıxış edərək təqdim olunan kitabın əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, "Qadın xəstəliklərinin müalicəsində dərman bitkilərinin rolu" müəllifin üçüncü kitabıdır.

Tarix
2019.04.25 / 21:30
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Gənclər xalq şairini ziyarət etdilər – Video

Görkəmli qəzəlxanın vəfatından 20 il ötdü - Anım

Azərbaycanlı şairin kitabı İranda nəşr olundu

Anarın daha üç kitabı İranda nəşr olundu - Foto

Deputat və yazıçı sakinlərlə görüşdü – Foto

Səmədoğlunun büstü haqda “karton” yalanı – Foto

Nizaminin “Xosrov və Şirin”i Türkiyədə nəşr olundu

Sona Vəliyevaya “Qızıl qələm” verildi - Foto

14 qırğız yazar Bakıya gəlir

Azərbaycanlı aktyor və aktrisa tanınmaz halda – Video

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla