Yuxarı

"Ulduz" jurnalının "Nəsimi" buraxılışı təqdim olundu - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Ulduz" jurnalının "Nəsimi" buraxılışı təqdim olundu - Foto

Azərbaycan Yazıçılar Birliyində (AYB) "Ulduz" jurnalının İmadəddin Nəsimiyə həsr olunmuş sayı təqdim olunub.

Kult.az xəbər verir ki, jurnalın baş redaktoru Qulu Ağsəs 2019-cu ilin Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin adı ilə bağlı olduğunu vurğulayıb:

“Ulduz" jurnalının aprel sayını Nəsimiyə həsr etmək qərarına gəldik. Jurnalın bu nömrəsini Abid Tahirli ilə bir yerdə çap etmişik. Kitabda alimlərimizin Nəsimi haqqında məqalələri yer alır".

AYB sədri Anar çıxışında bildirib ki, jurnalda Nəsimi haqqında müxtəlif səpkili yazılar verilib: "Arzu edirəm ki, digər yazıçılarımız barədə də bu cür nömrələr buraxılsın".

"Ulduz" jurnalının aprel sayından məsul Abid Tahirli jurnalda dərc olunan məqalələrin Nəsimi yaradıcılığının Azərbaycan dili və ədəbiyyatına təsirindən bəhs etdiyini qeyd edib.

Tənqidçi İradə Musayeva Nəsiminin məktəb dərsliklərində hələ də ateist şair kimi tədris olunması fikrini səsləndirib: "Təəssüf ki, Nəsimiyə sovet dövründə olan münasibət dəyişməyib. İnanıram ki," Nəsimi ili" çərçivəsində onun yaradıcılığına həsr olunmuş məqalələrin sayı daha çox olacaq".

Sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) M. Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Qüdsiyyə Qəmbərova, fəlsəfə elmləri doktoru Rahib Ulusel, yazıçı Seyran Səxavət və başqaları çıxış ediblər.

Daha sonra "Ulduz" jurnalı və "Vektor" Beynəlxalq Elmlər Akademiyasının İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar keçirdiyi poeziya müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqədə üçüncü yerin qalibi Ruslan Dostəli, ikinci yerin qalibi Firdovsi Rəsul, birinci yerin qalibi isə Emin Piri olub.

Tarix
2019.05.02 / 21:53
Müəllif
Kult.az
Digər xəbərlər

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

Rusiya Azərbaycanın təklifini dəstəklədi

Bu ölkə Ermənistanı daim silahlandıracaq

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

TDT baş katibi şeyxlə görüşdü

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

Dünya mediası İlham Əliyevin bu çıxışından yazır

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla