Yuxarı

Rektorun “Sehrbazlar dərəsi” rumın dilində - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Kitab Mərkəzində (BKM) yazıçı Kamal Abdullanın rumın dilinə tərcümə olunmuş “Sehrbazlar dərəsi” romanının təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyəti səfiri Dan İanku, Azərbaycan Dillər Universitetində keçirilən “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı II beynəlxalq elmi konfransın qonaqları, universitetin professor-müəllim və tələbə heyəti, ziyalılar iştirak edib.

Kamal Abdulla təqdimatda iştirak edən hər kəsə təşəkkürünü bildirib, Bakı Kitab Mərkəzinin fəaliyyətindən danışaraq, onun işini yüksək qiymətləndirib. Rumıniya mədəniyyətinin qədim tarixə malik olduğunu deyən yazıçı müəllifi olduğu kitabın bu mədəniyyətin nümayəndəsi – tanınmış ədəbiyyatşünas alim və tərcüməçi Lyudmila Bejenaru tərəfindən tərcümə olunmasından məmnunluq duyduğunu deyib.

Tərcüməçi Lyudmila Bejenaru 2013-cü ildə Bakı Slavyan Universitetində Yanus layihəsində 10 ay iştirakçı olduğundan və həmin müddət ərzində Kamal Abdullanın yaradıcılığı ilə tanış olmasından söz açıb. O bildirib ki, “Sehrbazlar dərəsi” romanı noyabr ayında Buxarestdə beynəlxalq yarmarkada Avropa nəşriyyat idarələrinin iştirakı ilə təqdim olunacaq.

Ədəbiyyatşünas alim L.Bejenaru yazıçı Kamal Abdullanın yaradıcılığını araşdırdıqdan sonra onun haqqında 2014-cü ildə “Kamal Abdulla: Bütövlüyün fəlsəfəsi” adlı fundamental monoqrafiya yazdığını xatırladıb.

Rumın dilinə tərcümə olunan “Sehrbazlar dərəsi” romanı ötən ay Moldovanın paytaxtı Kişinyovda Roman XXIII beynəlxalq kitab sərgisi çərçivəsində təqdim edilib.

Qeyd edək ki, “Sehrbazlar dərəsi” Türkiyədə 2007-ci ildə, Rusiyada 2010-cu ildə, Litvada 2013-cü ildə, Qazaxstanda 2013-cü ildə, Fransada 2013-cü ildə, Yaponiyada 2013-cü ildə, Amerika Birləşmiş Ştatlarında 2015-ci ildə çap edilib. Oxucu tələbatından irəli gələrək “Sehrbazlar dərəsi” romanı Türkiyədə 2010-cu ildə, Rusiyada 2013-cü ildə “Романы” kitabında (Moskva, Xudojestvennaya literatura) təkrar nəşr olunub.

Tarix
2019.05.07 / 14:08
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla