Yuxarı

Ramiz Rövşənin imza günü oldu - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 15-də “LİBRAFF Park Akademiya” kitab mağazasında Azərbaycanın görkəmli şairi, yazıçısı və kinodramaturqu Ramiz Rövşənin “Sevgi açarı”, “Gizlənmişəm, tap məni” və “Göyərçinim, gəl görüm” kitablarının təqdimatı və imza günü olub.

Kult.az xəbər verir ki, çoxsaylı pərəstişkarlarını salamlayan şair görüşdə həyatı, yaradıcılığı, ədəbiyyata gəlişi haqqında söhbət açıb.

Poeziyanı müxtəlif mövzulara bölməyin onun üçün həmişə qeyri-ciddi göründüyünü söyləyən şair “Sevgi açarı” kitabı barədə fikirlərini oxucularla bölüşüb: “Təbiət şeirləri”, “sevgi şeirləri”, “Vətən şeirləri”... Guya sevgisiz və vətənsiz şeirlər də var. Amma o bölgü ilə yanaşsaq, bu kitabdakı şeirləri, yəqin ki, “sevgi şeirləri” adlandırmaq olar. Burada oxuculara tanış olan şeirlərimlə yanaşı, müxtəlif vaxtlarda, xüsusən gənclik illərində yazdığım və bu günəcən heç bir kitabımda çap olunmayan bir çox sevgi şeirlərim ilk dəfə işıq üzü görür. Kitabda oxucular dünya poeziyasından dilimizə çevirdiyim bir neçə sevgi şeirini və son illərdə yazdığım “Xəyanət” adlı kinopovestimlə tanış ola biləcəklər”.

Şair bildirib ki, qələmə aldığı “Gizlənmişəm, tap məni” və “Göyərçinim, gəl görüm” kitabları həm öz nəvələrinə, həm də bütün uşaqlara hədiyyədir: “Uşaqlar bizim bu günümüz, gələcəyimizdir. Onları unutmaq olmaz. Çoxdan uşaqlar üçün kitab yazmağı planlaşdırırdım. Ara-sıra yazdıqlarımı iki kitab halına saldım. Ümid edirəm, uşaqlar bu kitabları sevərək oxuyacaqlar. Hər şair istəyər ki, onun oxucuları arasında azyaşlılar da olsun. Uşaqlara yazmaq üçün insan gərək içində özü də uşaq kimi qala bilsin. Həmişə demişəm, uşaqlara şeiri, dilimizi sevdirmək onları körpəlikdən peyvənd etməkdir. Yeni kitabımda hər hərfə şeir yazılıb. Övladlarınıza sevgi öyrədin, sevgi aşılayın. Klassik uşaq şeirlərində bir qədər sonda bədbinlik var. Mən bu dəfə uşaqlarımıza güclü və rəhimli olmağa çağırıram”.

Daha sonra sualları cavablandıran R.Rövşən sevdiyi şairlərdən söz açıb. Bildirib ki, sevdiyi şairlər çoxdur, ancaq hər zaman qəlbində gəzdirdiyi iki şair var - biri Füzulidir, digəri isə Müşfiqdir.

Görüşdə R.Rövşən gənclik dövrü şeirlərini oxuyub. Həmçinin oxucular və uşaqlar şairin ən məşhur şeirlərini səsləndiriblər.

Sonda şair oxucular üçün kitablarını imzalayıb.

Tarix
2019.05.15 / 23:14
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanlıları öldürən OMON-çuların - Fotosu

Tarixdə ilk: Bakı və İrəvan eyni vaxtda Kremlə qarşı...

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla