Yuxarı

SÖZ layihəsi: Leyla Əliyeva şeirlərini oxudu - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SÖZ layihəsi: Leyla Əliyeva şeirlərini oxudu - Foto

Mayın 24-də “Art Gallery Hotel”də ölkəmizdə çox populyar olan “SÖZ” layihəsinin yeni istiqamətinin təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Layihənin direktoru Nigar Həsənzadə “SÖZ” ədəbi layihəsinə göstərdiyi dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib. O deyib ki, özünü təsdiqləmiş ədəbi layihə bu dəfə qonaq və iştirakçılar qismində yalnız gənc müəllifləri toplayıb. Bu yeni konsepsiya məhz onlar üçün hazırlanıb. Bu konsepsiyanın “SÖZ” layihəsinin əsas fəaliyyətindən fərqi yalnız ədəbi axşamların təşkili deyil, həm də onların inkişafı və birləşməsi üçün şəraitin yaradılmasındadır.

Yeni konsepsiya barədə danışan N.Həsənzadə deyib ki, bu, gənc müəlliflər üçün "açıq qapılar"ın keçirilməsini nəzərdə tutur, gənc qələm əhlinə dostlar, həmkarlar və layihələrin rəhbərləri ilə görüşmək, faydalı məlumatları bölüşmək, onları maraqlandıran sualları vermək və ayda iki dəfə rahat və müasir “Art Gallery Hotel” kafesində dostlara yeni əsərlərini oxumaq imkanı verir. Bu günlərdə "Sattart Cafe" öz qonaqlarına pulsuz xidmət göstərəcək.

Layihənin direktoru bildirib ki, “SÖZ” layihəsinin məqsədi həm yerli, həm də xarici dillərdə yazıb-yaradan istedadlı gəncləri birləşdirərək ölkədə yeni yaradıcı ziyalıların yaranmasına kömək etməkdir. Nigar Həsənzadə deyib: “Biz öz bacarıqlarına inanan bütün gənc müəllifləri, yazıb-yaradan istedadları “SÖZ” adlı ailənin bir üzvü olmağa dəvət edirik, layihənin inkişafı və tərəqqisində fəal iştirak etməyə çağırırıq. Bizim “SÖZ” adlı ailəmiz yarandığı gündən artıq 3 ildir ki, Azərbaycan bədii ədəbiyyatının dəstəklənməsi və inkişafına mühüm töhfələr verməklə yanaşı, layihəmizdə iştirak edən bir çox gəncin taleyini müsbətə doğru dəyişməyə müvəffəq olub”.

Sonra gənc şairlər öz şerlərini oxuyublar.

Tədbirdə Leyla Əliyeva müəllifi olduğu şeirləri oxuyub.

Gecəyə Nigar Həsənzadənin səsləndirdiyi poeziya nümunəsi ilə yekun vurulub.

Sonda gənc yazarlar öz kitablarını Leyla Əliyevaya təqdim edib, onunla xatirə şəkli çəkdiriblər.

Tarix
2019.05.24 / 23:33
Müəllif
Kult.az
Digər xəbərlər

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

Rusiya Azərbaycanın təklifini dəstəklədi

Bu ölkə Ermənistanı daim silahlandıracaq

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

TDT baş katibi şeyxlə görüşdü

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

Dünya mediası İlham Əliyevin bu çıxışından yazır

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla