Yuxarı

Titulları heyrət doğuran xanım alimin təqdimatı - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Titulları heyrət doğuran xanım alimin təqdimatı - Foto

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi və “Azərkitabın” təşkilatçılığı ilə “Azərkitab” kitab evində Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi, YAP Siyasi Şurasının üzvü, Elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə Beynəlxalq “Sokrat” mükafat laureatı, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü və həmin akademiyanın “Qızıl ulduz” mükafatı laureatı, Birləşmiş Millətlər Təşkilatının Təltiflər Şurasının (İsveçrə, Cenevrə) “Elm və sülh səfiri” laureatı və dünya elminə göstərdiyi xidmətlərinə görə “Avropa Xidmət Ordeni” ilə təltif edilən İradə Mehtiqulu qızı Hüseynovanın kitablarının təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, tədbiri giriş sözü ilə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova açıb, İradə Hüseynovanın yaradıcılığından və əsərlərindən danışıb.

AMEA-nın həqiqi üzvü, AMEA-nın ictimai elmlər bölməsinin akademik-katibi professor Nərgiz Axundova cıxışında tarix elmləri doktoru, professor İradə Hüseynovanın əliyevşünaslığın, qafqazşünaslığın inkişafında xüsusi xidmətləri olan görkəmli alim kimi xarakterizə edib.

Xalq yazıçısı Anar deyib ki, Yazıçılar Birliyinin üzvü olan İradə Hüseynovanın əsərləri haqda danışıb, ona uğurlar arzu edib.

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva çıxış edərək bildirib ki, İradə xanım Hüseynova kimi tanınmış alimlərin, ziyalıların yaradıcılığına müraciət etmək, onlarla görüş keçirmək böyük əhəmiyyət kəsb edir.

Tədbirdə millət vəkilləri Elman Nəsirov və Aydın Hüseynov, tarixçi alimlər Qasım Hacıyev, Nurulla Əliyev, Şikar Qasımov, ‎İlqar Niftəliyev çıxışlarında professor İradə Hüseynovanın elmi xidmətlərini vurğulayıblar.

Təqdimat mərasimində iştirak edən qonaqlara İradə Hüseynova müəllifi olduğu kitablarını öz imzası ilə hədiyyə edib.

Tarix
2019.05.30 / 22:20
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla