Yuxarı

Gürcülər əfsanəvi azərbaycanlı qadından yazdı - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcülər əfsanəvi azərbaycanlı qadından yazdı - Foto

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) 1918-1920-ci illərdə bu ölkədə yerli özünüidarəetmə orqanlarına keçirilmiş seçkilərə həsr olunmuş kitab nəşr etdirib.

Gürcü və ingilis dillərində olan kitab İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, ABŞ-ın USAID təşkilatı və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (IFES) dəstəyi ilə işıq üzü görüb.

Azərtac xəbər verir ki, “Gürcüstan Demokratik Respublikasında yerli özünüidarəetmə orqanlarına seçkilər” adlı kitabda Gürcüstanda müsəlman dünyasında ilk qadın deputat olmuş etnik azərbaycanlı Pərixanım Sofiyeva haqqında da məlumat və fotoşəkil də əksini tapıb.

İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində kitabın təqdimatı olub.

MSK sədri Tamar Jivania Gürcüstanda seçki sisteminin tarixi, təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb, kitabın əhəmiyyətini qeyd edib.

Universitetin rektoru Qeorqi Şarvaşidze çıxışında Gürcüstanda keçirilmiş ilk seçkilərdə etnik azlıqların və qadınların da iştirak etdiyini vurğulayıb. Bildirib ki, seçkilərdə müsəlman qadın və müstəqil namizəd Pərixanım Sofiyevanın Tbilisi qəzasından yerli özünüidarəetmə orqanına deputat seçilməsi Gürcüstan Demokratik Respublikasında seçkilərin demokratikliyini əks etdirir.

Məlumat üçün qeyd edək ki, P.Sofiyeva 1953-cü ildə vəfat edib.

Tarix
2019.05.31 / 20:27
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla