Yuxarı

Yazıçımız Rusiyada təltif olundu - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yazıçımız Rusiyada təltif olundu - Foto

Moskva şəhərində - Hökumət evinin Böyük Konfrans zalında Rusiya Yazıçılar Birliyi Rəyasət Heyətinin qərarı ilə bir qrup ictimai və ədəbi xadim nüfuzlu "Puşkin mükafatı" və “Puşkin medalı" ilə təltif ediliblər.

Kult.az xəbər verir ki, onların sırasında Azərbaycan yazıçısı Varis Yolçuyev də var.

Mükafatlandırma böyük rus şairi Aleksandr Puşkinin anadan olmasının 220-ci ildönümü münasibətilə düzənlənən təntənəli mərasimdə baş tutub. Ötən il əhəmiyyətli dərəcədə uğur qazanan, bu münasibətlə premial "Rus prozası antologiyası. 2018" və "Rus poeziyası antologiyası. 2018" nəşrlərində dərc olunan yazarlar laureat adını qazanıblar. Təntənəli mərasimdə antologiyanın nəşrləri də təqdim olunub.

Rusiyanın ən tanınmış ədəbi simalarından olan "Literaturnaya qazeta"nın baş redaktoru Maksim Zamşev 2019-cu il "Puşkin mükafatı" ilə mükafatlandırılıb.

"Puşkin medalı" ilə laureatlar 2 dərəcə üzrə təltif olunublar: 1-ci (qızıl-gümüş tərkibli) və 2-ci (neyzilber tərkibli) dərəcəli. Varis Yolçuyev 1-ci dərəcəli "Puşkin medalı" ilə mükafatlandırılıb.

Mükafatları laureatlara Rusiya Yazıçılar Birliyinin sədri Dmitriy Kravçuk təqdim edib.

Mərasimdə Rusiyanın yüksək ranqlı dövlət məmurları, nüfuzlu mədəniyyət xadimləri və media nümayəndələri iştirak ediblər.

Mərasim Puşkinin yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya və konsert proloqamı ilə yekunlaşıb.

Tarix
2019.06.03 / 13:50
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla