Yuxarı

Bu sözlər dilimizdən çıxarılır

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu sözlər dilimizdən çıxarılır

Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən "əməkhaqqı" və "türkmənşəli" sözlərinin çıxarılmasını düşünürük.

Bunu Report-a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O bildirib ki, "əməkhaqqı" sözü əvvəlki lüğətlərdə olmayıb:

“Misal üçün 1960-cı ildə nəşr olunan "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə əsasən "əməkhaqqı" bitişik söz kimi deyil, mürəkkəb sözdür. Həmin söz 1975-ci ildə nəşr olunan lüğətdə də verilməyib. Bu söz 2004-cü ildə lüğətə daxil olub və daha sonra 2013-cü ildə də lüğətə daxil edilib. Bu da sonradan etirazlara səbəb olub".

Akademikin sözlərinə görə, etiraz edənlər "təhsilhaqqı" və "gedişhaqqı" sözlərinin də yazılış qaydasının necə olduğunu soruşurlar:

"Hesab edirəm ki, bu təklif uğurludur. Dilimizdə bu sözlər "təhsil haqqı" və "gediş haqqı" kimi yazılır. Ona görə də biz yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən "əməkhaqqı" sözünü çıxarmağı düşünürük. Çünki bu, mürəkkəb sözdür. Onu cəmləndirəndə "əmək haqqları" olur, "əməkhaqqıları" olmur. Danışan zaman "onların əməkhaqqıları" deyilmir. Amma "ayaqqabı" sözü mürəkkəb söz olsa da, cəm şəkilçi qəbul etdikdə "ayaqqabıları" kimi yazılır. "Əmək haqqı" ikinci növ təyini söz birləşməsidir və bitişik yazılmamalıdır. Bitişik yazılmayan söz də lüğətdən çıxarılmalıdır".

M.Nağısoylu bildirib ki, lüğətdən çıxarılması müzakirə olunan sözlərdən biri də "türkmənşəli" sözüdür:

"Bu söz də əvvəlki lüğətdə olmayıb. Çünki haqlı olaraq edənlər "fransızmənşəli", "ingilismənşəli" sözlərin də lüğətimizə daxil olmasını düşünürlər. Ümumilikdə, yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən 1000-ə yaxın bu tipli sözün çıxarılması nəzərdə tutulur".

Qeyd edək ki, yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə əvvəlki orfoqrafiya lüğətində olmayan 4000 yeni söz daxil edilib. "Azərbaycan dilinin orfoqrafiya lüğəti", təqribən, 5 ildən bir hazırlanır.

Tarix
2019.06.10 / 17:14
Müəllif
Kult.az
Digər xəbərlər

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla